Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Idman

     Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1994-cü il tarixli, 199 saylı fərmanı ilə şəhər və rayon İcra Hakimiyyəti Başçıları Aparatları nəzdində fəaliyyət göstərən idman komitələri bazasında Gənclər və idman idarələri yaradılmışdır.   Laçın Rayon Gənclər və idman idarəsi 1995-ci il tarixdən 2023-cü ilin 05 iyul tarixinədək iki ştat vahidi ilə fəaliyyət göstərmişdir. İdarənin rəisi Mustafayev Natiq Məhyəddin oğlu olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il  10 dekabr tarixli 3643 nömrəli Sərəncamı ilə Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələrinin ( baş idarələrin) əsasında regional idarələr yaradılmışdır. Bu məqsədlə  Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon gənclər və idman idarələrinin əsasında Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi yaradılmışdır. Laçın Rayon Gənclər və İdman idarəsi 05 iyul 2023-cü il tarixdən Laçın rayonu üzrə gənclər və idman sektoru kimi fəaliyyətini davam etdirir. Sektorun müdiri  Mustafayev Natiq Məhyəddin oğludur. 

   Laçın rayonu üzrə gənclər və idman sektoru rayonda fəaliyyət göstərən Təhsil müəssisələri, Uşaq Gənclər İdman-Şahmat Məktəbi, Uşaq Gənclər İnkişaf  Mərkəzi, Musiqi məktəbləri, o cümlədən sektorun nəzdində ictimai əsaslarla fəaliyyət göstərən Cüdo,  Kik-boksinq, Muay-Tay, Uşu-Sando,  Alpaqut döyüş sənəti üzrə idman klubları ilə birlikdə uşaq, yeniyetmə və gənclərlə iş apararaq böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və idmana cəlb edilməklə idmanın kütləviliyinə nail olunması, istedadlı gənclərin aşkarlanması və istedadlarının daha da inkişaf etdirilməsi, onlara diqqət və qayğının göstərilməsi və s. istiqamətində tədbirlər həyata keçirir.

Laçın rayonu üzrə idman sahəsində yüksək nailiyyətlər əldə etmiş gənclər haqqında
M ə l u m a t 
 

 №

 Soyadı, adı, atasının adı

 Təvəllüdü və doğulduğu yer

 Məşğul olduğu idman növü

 Qazandığı nailiyyətlər

    1

Bəhrəmov Şümşad Vahid oğlu- Tərəqqi medallı, Əməkdar məşqçi, İdman ustası

1981
Güləbird kəndi

Cüdo

Dünya və Avropa çempionatının bürünc mükafatçısı, Cüdo üzrə Hərbiçiləri Dünya Olimpiadasının bürünc mükafatçısı,  Dünya kubokunun sahibi.

2

Quliyev Vilayət Abış oğlu-
İdman ustası, Əməkdar məşqçi,  3-cü dan qara kəmər sahibi, Beynəlxalq dərəcəli hakim

1975
Alxaslı kəndi

Pankration-Sambo

Dünya çempionu,
Dünya kubokunun sahibi,
Zaqafqaziya çempionu,
Qızıl kəmər çempionatı-I yer,
WKF Karate-do üzrə Prezident kuboku- I yer

3

Cıraqov Bəhruz Həsən oğlu-
1-ci dan qara kəmər sahibi, “Məhəmmədəli” Kik-boksinq klubunun sədri

1981
Çıraqlı kəndi

Kiq-boksinq,
Şaulin-Sanda

Dünya çempionu,
Avrasiya çempionu,
Qızıl kəmər çempionatı-I yer Dünya çempionu

 4

Baxışov Anar Adışirin oğlu-
İdman ustası, “Laçın” Boks və  Kinq-boksinq klubunun baş məşqçisi

1979
Güləbird kəndi

Kiq-boksinq,
Boks

Azərbaycan çempionu,
Dünya və Avropa çempionatının iştirakçısı

5

Salahov Elməddin Ağamusa oğlu-
3-cü dan qara kəmər sahibi

1982
Daşlı kəndi

Kyokşin-kaykan

Dünya çempionu,
Zaqafqaziya çempionu

6

Çıraqov Elgün İlham oğlu- “Çıraq” Sando idman klubunun baş məşqçisi

1987 Çıraqlı kəndi

Alpaqut

2016-cı ildə Azərbaycan çempionu,

2017-ci ildə Dünya kubokunun qalibi

 

7

Şükürov Səbuhi Rasim oğlu -  1-ci dan qara kəmər sahibi

1984         Piçənis kəndi

Karate

Avropa çempionu, Beynəlxalq turnirlərin qalibi, Azərbaycan çempionu 2015-ci ildə Dünya çempionu

 

8

Xəlilova Nəzakət İbad qızı

1994    Əhmədli kəndi

Sambo

2015 Avropa Oyunlarının gümüş mükafatçısı

 

9

Güləliyev Rüfət Zakir oğlu- İdman ustası

1998  Şeylanlı kəndi

Zorxana

2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarında səngi yarışlarında qızıl medala, komanda hesabında isə gümüş medala sahib olmuşdur.

2018-ci ildə Avropa çempionu,

2020-ci ildə Dünya çempionu

10

Qasımov Rafiq Qasım oğlu- İdman ustası, Azərbaycan Alpaqut Federasiyasının Vitse-Prezidenti, Alpaqut döyüş sənəti üzrə 5-ci san qara kəmər sahibi,  “Laçın” Alpaqut filialının sədri.

1984             Qorçu kəndi

 Alpaqut

2018-ci ildə Dünya çempionu

2019-cü ildə Dünya çempionu

11

Babayev Kənan Beyrək oğlu-İdman ustası

2005-ci il  Laçın şəhəri

Boks

2022- -cü ildə  Azərbaycan çempionu,

2022-cü ildə Bolqarıstan Respublikasında  keçirilən Avropa çempionatında 1-ci yer

2022-ci ildə Belarusiya Respublikasında  keçirilən Beynəlxalq turnirdə 1-ci yer

12

Babayev Kamil Beyrək oğlu-İdman ustası

2004 Laçın şəhəri

Boks

2022-2023-cü illərdə  Azərbaycan çempionu,

2023-cü ildə Monteneqro Respublikasında  keçirilən Avropa çempionatında 3-cü yer

 2022 Ukrayna Respublikasında keçirilən  Beynəlxalq turnirdə 1-ci yer

 

13

Babayev Sübhan Beyrək oğlu

2008 Laçın şəhəri

Boks

2022-2023- 2024-cü illərdə  Azərbaycan çempionu,

2022-ci ildə Türkiyə Respublikasında Məktəblilər arasında keçirilən Avropa çempionatında  1-ci yer,

2023-cü ildə Ruminiyada keçirilən Beynəlxalq turnirdə 1-ci yer,

 2024-cü ildə Ruminiyada keçirilən Beynəlxalq turnirdə 1-ci yer

14

Aslanlı Kənan Vüqar oğlu

 

2008 Laçın şəhər

Boks

2022-2023 -2024-cü illərdə  Azərbaycan çempionu,

2022-ci ildə Türkiyə Respublikasında Məktəblilər arasında keçirilən Avropa çempionatında 3-cü yer,

2023-cü ildə Rusiyada keçirilən Beynəlxalq turnirdə 1-ci yer

 

Rayon gəncləri müxtəlif mahnı, ser, rəsm və digər müsabiqələrdə iştirak etmiş və uğurlu nəticələr qazanmışlar.

  • 2006 və 2007-ci ildə Respublika Yaradıcılıq Festivalı Müsabiqənin şer sənəti üzrə Laçın şəhər sakini Dadaşova Gülnar Yusif qızı Respublika mərhələlərinin qalibi adını qazanmış, Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər” mükafatına layiq görülmüşdür.
  • 2009-cu ildə isə gənc yazarlar (şer) müsabiqəsində Mişni kənd sakini Qarayev Elmir Elşad oğlu və rəsm sənəti növü üzrə isə Qorçu kənd sakini Qədimalıyev Hafiz Adəm oğlu “Gənclər” mükafatına layiq görülərək Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışlar.
  • 2012-ci ildə “9 noyabr Bayraq günü”nə həsr olunmuş “Bayrağımız Milli qürurumuzdur”  mövzusunda keçirilən Respublika rəsm müsabiqəsində Əliyeva Selcan Bəhmən qızı I yerə layiq görülmüşdür.
  • 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik münasibəti ilə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika rəsm müsabiqəsində Əliyeva Selcan Bəhmən qızı I yerə layiq görülmüşdür.
  • 2013-cü ildə “9 noyabr Bayraq günü”nə həsr olunmuş “Bayrağımız Milli qürurumuzdur”  mövzusunda keçirilən Respublika rəsm müsabiqəsində Cəfərov Nicat Kamil oğlu I yerə layiq görülmüşdür
  • 2014-cü ildə “Mənim Azərbaycanim” Ümumrespublika Festivalının qalibi (Axundov Pərviz Eynulla, Qurbanov Sahil Habil, Qurbanov Pərviz Pənah, Abbasov Elşad Saday oğlu)
  • 2014-cü ildə Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Respublika çempionatının zona mərhələsində rayonun 31№-li məktəbin komandası I yeri tutaraq çempionatın final mərhələsinə vəsiqə qazanmışdır. Final mərhələsində isə ümumilikdə  822 komanda arasında 8 yeri tutmuşdur.
  • 2015-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin (Ombudsman) yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə birgə “Mən və hüquqlarım”mövzusunda keçirilən rəsm müsabiqəsində Uşaq Yaradıcılıq Mərkəzinin Rəsm və dekorativ tətbiqi sənət dərnəyinin üzvü Muradxanlı Aytən Aydın qızı I yerə layiq görülmüşdür.
  • 2016-cı ildə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə  VIII Azərbaycan çempionatının zona mərhələsində rayon komandası 3-cü yeri tutmuşdur.
  • 2017-ci ildə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Qaçqın və məcburi köçkün gənclərin IV Yaradıcılıq festival-müsabiqəsi keçirilmişdir. Müsabiqədə rəsm sənəti üzrə Cəfərli Elçin I yerə, rəqs növü üzrə isə Şirinli İsmət II yerə layiq görülmüşdür.
  • 2017-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən yeniyetmələr arasında Xəmsə Milli İntellektual oyunu üzrə  V Azərbaycan çempionatının final mərhələsi keçirilmişdir. Rayon komandası zona mərhələsinin qalib olaraq, yarışların final mərhələsinə vəsiqə qazanmışdır. Ümumilikdə 900-ə yaxın komanda arasında keçirilən bu bilik yarışmasında rayon komandası 16 komanda arasına daxil ola bilmişdir.
  • 2018-ci ildə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Kompüter oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli Çempionatının zona  mərhələsi keçirilmişdir. Rayon komandası bütün rəqiblərini yenərək I yeri tutmuşdur. 
  • 2018-ci ildə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə X Azərbaycan Çempionatının final mərhələsi keçirilmişdir. Rayon komandası zona mərhələsinin qalibi olaraq, yarışların final mərhələsinə vəsiqə qazanmışdır. Final mərhələsində isə rayon komandası Respublika üzrə 8 komanda arasına daxil ola bilmişdir.
  • 2018 -ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında  “Mən Azərbaycanlıyam” adlı intellektual tele layihədə 30 nəfər gəncin iştirakı təşkil edilmişdir. İntellektual oyunda Bəbirzadə Fərid İlqar oğlu  bütün sualları düzgün cavablandıraraq, “Mən Azərbaycanlıyam” tele layihənin final mərhələsinə vəsiqə qazanmışdır.
  • 2019-cu ildə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Kompüter oyunları üzrə gənclər arasında XIII Azərbaycan Milli Çempionatının zona  mərhələsi keçirilmişdir. Rayon komandası bütün rəqiblərini yenərək I yeri tutaraq, çempionatın final mərhələsinə vəsiqə qazanmışdır. 
  • 2019-cu ildə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Qaçqın və Məcburi köçkün gənclərin V Respublika Yaradıcılıq Festival müsabiqəsi keçirilmişdir.  3 nominasiya üzrə keçirilən müsabiqədə mahnı nominasiyası üzrə  Mirzəzadə Ülkər Rəmzi qızı və rəsm nominasiyasında isə Muradxanlı Aytən Aydın qızı 1-ci yerləri tutaraq, müsabiqənin qalibləri olmuşdur.

 

 

Keçidlər