Vətən Müharibəsi şəhidləri
Laçın rayonunun Sadınlar kənd sakini İsgəndərov Qorxmaz İsgəndər oğlu 23 oktyabr 1999-cu il Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Sadınlar obasında anadan olmuşdur. 2005-ci ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-ci ildə Mingəçevir Dövlət Universitetinin sənayenin təşkili və idarə olunması fakultəsinə daxil olmuş və 2021-ci ildə həmin universiteti bitirmişdir. 2021-ci il iyul ayında həqiqi hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti bitirdikdən sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindəki kursu bitirərək leytenant rütbəsi almış və tağım komandiri kimi Kəlbəcər rayonu ərazisində xidmətini davam etdirimişdir.
13 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər rayonu ərazisində şəhid olmuşdur. 16 sentyabr 2022-ci il tarixdə Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Qarakeçdi qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
Laçın rayonunun Korcabulaq kənd sakini şəhid Rəhimli Tural Gəray oğlu 27 oktyabr 2001-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuşdur. 01 sentyabr 2008-cı ildə Laçın rayonu 45 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2019-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Rəhimli Tural Gəray oğlu 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşmüşdür..
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Rəhimli Tural Gəray oğlu hərbiçi olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 01 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu Sulutəpə qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Laçın rayonunun Qarabəyli kənd sakini şəhid Həmidov Pərvin Azər oğlu 8 mart 1994-cü ildə Yevlax rayonunun Bəydili kəndində anadan olmuşdur. 1 sentyabr 1999-cı ildə Yevlax rayonu Xaldan kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2006-ci ildən Mingəçevir şəhərində 25 saylı Kəlbəcər rayon tam orta məktəbdə oxumuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmidov Pərvin Azər oğlu 2012-ci ildə həqiqi hərbi xidmətə yola düşmüş, 2014-cü hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2020-ci ilin yanvar ayından müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan ordusunda xidmət etmişdir.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Həmidov Pərvin Azər oğlu hərbiçi olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Tərtər rayonunun Suqovuşanın qəsəbəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşanın qəsəbəsinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2 oktyabr 2020-ci il tarixdə Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Laçın rayonunun Alxaslı kənd sakini şəhid Əliyev Nihad Heydər oğlu 22 noyabr 2000 – ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuşdur. 15 sentyabr 2007 – ci ildə Laçın rayonu Şəhid Polad Bəylərov adına Alaslı kənd tam orta məktəbinin 1 - ci sinfinə qəbul olmuş, 2015 - 2016 – cı buraxılış ilində həmin məktəbin IX sinfini bitirmişdir. Elə həmin ilin sentyabr ayında sənədlərini Zərdab Rayon Peşə Liseyinə təqdim edərək, həmin liseyə qəbul olunmuşdur. 2019-cu ildə həmin liseyi bitirmişdir. 2019 – cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Əliyev Nihad Heydər oğlu Kəlbəcər rayonunun Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 2020-ci il tarixdə Murovdağ yüksəkliyinin erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Alxaslı obasında Alxaslı kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra ”Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə“ medalı, “Hərbi xidmətlərə görə” medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunmuşdur.
Laçın rayonunun Qorçu kənd sakini şəhid Şahvələdov İlyas Ehtibar oğlu 6 avqust 1996-cı ildə Bərdə rayonunda anadan olmuşdur. 1 sentyabr 2003-cü ildə Bərdə rayonu Qaratəpə kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Şahvələdov İlyas Ehtibar oğlu 2014-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2016-cı ilin “Aprel” döyüşlərində iştirak edib və döyüşlər başa çatdıqdan sonra hərbidən ehtiyata buraxılmışdır. 2020-ci ilin yanvar ayından Müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Şahvələdov İlyas Ehtibar oğlu torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 4 oktyabr 2020-ci ildə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 10 oktyabr 2020-ci ildə Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı, ilə təltif edilmişdir.
Laçın rayonunun Çıraqlı kənd sakini şəhid Əhmədov Mənsur Mamed oğlu 6 mart 2002-ci ildə Abşeron rayonunun Masazır kəndində anadan olmuşdur. 2008-ci ilin sentyabr ayında Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Əhmədov Mənsur Mamed oğlu 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yola düşmüşdür.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Əhmədov Mənsur Mamed oğlu Cəbrayıl, Füzuli və Hadrut rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 21 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Laçın rayonunun Şeylanlı kənd sakini şəhid Nəcəfov Etibar Mehman oğlu 14 noyabr 1998-ci il tarixdə Ağcabədi rayonu Aran kəndində anadan olmuşdur. 2014-cü ildə Ağcabədi rayonu Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2016-ci ildə Aran kənd 1 saylı tam orta məktəbinin 11-ci sinifini bitirmişdir. Nəcəfov Etibar Mehman oğlu 2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2018-ci ilin iyul ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Nəcəfov Etibar Mehman oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 26 noyabr 2020-ci ildə Ağcabədi rayonu Taxtakörpü ərazisi Şeylanlı obası kənd qəbirsanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Laçın rayonunun Bülövlük kənd sakini şəhid Xosrovzadə İlkin Azay oğlu 1 dekabr 1997-ci ildə Abşeron rayon Ceyranbatan qəsəbəsində anadan olmuşdur. 1 sentyabr 2004-cü ildə Şəhid Bayram Məmmədov adın Laçın rayon Minkənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2015-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin il Xosrovzadə İlkin Azay oğlu Bakı Biznes Univerisitetinə daxil olmuşdur. 2017-ci ildə təhsilini donduraraq həqiqi hərbi xidmətə yola düşmüş, 2019-cu ilin iyun ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2019-cu ilin dekabr ayında Dövlət Sərhəd Xidmətində gizir kimi yenidən xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Xosrovzadə ilkin Azay oğlu torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 23 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 25 oktyabr 2020-ci ildə Abşeron rayon Ceyranbatan qəsəbə qəbirsanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Zəngilanın azad olunmasına görə” medalı, və Üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Laçın rayonunun Oğuldərə kənd sakini şəhid Cabbarov Şahgündüz Habil oğlu 13 yanvar 1995-ci il tarixdə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur. 1 sentyabr 2001-cı ildə Bərdə rayonu Meşəçilik tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Cabbarov Şahgündüz Habil oğlu 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2017-ci ilin iyul ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Cabbarov Şahgündüz Habil oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 25 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 26 oktyabr 2020-ci ildə Xəzər rayonu Binə qəsəbəsində şəhidlər qəbirsanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və “Cəsur Döyüşçü” medalı ilə təltif edilmişdir.
Laçın rayonunun Hacılar kənd sakini şəhid İlyasov Fərid İbad oğlu 20 iyul 1999-cu ildə Laçın rayonunun Hacılar kəndində anadan olmuşdur. 2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirmiş, 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Fərid İlyasov 2017-ci ilin iyul ayından hərbi xidmətə getmiş, 2018-ci ilin yanvar ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daha sonra Naxçıvan Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır.
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edən Fərid İlyasov 2020-ci il oktyabrın 30-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, Bakı şəhəri İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur..
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" medalı, "Hərbi xidmətlərə görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, “Xocavəndin azad olumasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Laçın rayonunun Vəlibəyli kənd sakini şəhid Qənimətov Ətraf Oktay oğlu 20 mart 1997-ci ildə Şəki rayonununda anadan olmuşdur. 1 sentyabr 2003-cü ildə Şəki rayonu Çələbixan qəsəbə Köçkünlər tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə Laçın rayon Nuşrəvan Süleymanov adına Kaha kənd tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olmuşdur .2018-cu ildə həmin universitetin bakalavr pilləsini bitirmişdir .2019 -cu ildə həqiqi hərbi xidmətə yola düşmüş, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun orduda hərbi xidmət keçmişdir .2020 ci ilin yanvar ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2020-ci ilin mart ayından Azərbaycan ordusunda zabit kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Qənimətov Ətraf Oktay oğlu torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Füzuli rayonlaru uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 13 oktyabr 2020–ci il tarixdə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur 30 oktyabr 2020-ci il tarixdə Şəki rayonu Dovşan düzü deyilən ərazidə yerləşən şəhidlər xiyabanında dəfn edilmişdir .
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarınə əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Döyüşdə Fərqlənməyə görə medalı və 3 cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Laçın rayonunun Budaqdərə kənd sakini şəhid Hacıyev Şükür Aslan oğlu 8 mart 2000-ci ildə Yevlax rayon Varvara kəndində anadan olmuşdur. 2006-cı ildə Yevlax rayonu Varvara kənd ərazisində faliyyət göstərən köçkün məktəbinin 1-ci sinifinə daxil olmuş, 2013-ci ildən təhsilini Yevlax şəhər 10 saylı tam orta məktəbində davam etdirmiş, 2017 ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Hacıyev Şükür Aslan oğlu 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2020-ci ilin iyun ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Hacıyev Şükür Aslan oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 05 noyabr 2020-ci il tarixdə Şuşa-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 06 noyabr 2020-ci il tarixdə Ağdam rayonu Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Qubadlının azad olunmasına görə" medalı, “Laçının azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı və 3-cü dərəcəli "Vədənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Laçın rayonunun Dəyhan kənd sakini şəhid Abbaslı Elgin Ağayar oğlu 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində anadan olmuşdur. 1 sentyabr 1997-ci il tarixdə Sumqayıt ərazisinin Sarıqaya yaşayış massivində yerləşən Laçın rayonu 21 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Abbaslı Elgin Ağayar oğlu 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşmüş, 2011-ci ilin yanvar ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Abbaslı Elgin Ağayar oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 10 noyabr 2020-ci il tarixdə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 17 noyabr 2020-ci il tarixdə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı və “Cəbrayılın azad olunmasına görə” medalı və ilə təltif edilmişdir.
Laçın rayonunun Qarakeçdi kənd sakini şəhid Cabbarov Elnur Şahmurad oğlu 15 sentyabr 1994-cü ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. 1 sentyabr 2001-cı ildə Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Cabbarov Elnur Şahmurad oğlu 2013-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 2015-ci ilin aprel ayında həqiqi hərbi xidmətdən təxris olunmuşdur. 17 iyun 2020-ci ildən Azərbaycan ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Cabbarov Elnur Şahmurad oğlu torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Şuşa rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 5 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanmış, 12 noyabr 2020-ci ildə şəhid olmuşdur. Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Qarakeçdi obasında Qarakeçdi kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra "Qarabağ" ordeni, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Laçın rayonunun Mişni kənd sakini şəhid Həsənov Tural Rauf oğlu 15 iyun 1997-ci ildə Qaradağ rayonu Sahil qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Qaradağ rayonu Ümid qəsəbəsində 294 nömrəli tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həsənov Tural Rauf oğlu 2014-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili (tərcüməçi) fakültəsinə qəbul olmuş, 2018-ci ildə ali təhsilin başa vuraraq hərbi xidmətə yola düşmüşdür. 2019-cu ilin iyul ayında hərbi xidmətdən ehtiyata buraxılmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Həsənov Tural Rauf oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 30 dekabr 2020-ci il tarixdə Xocəvənd rayonu Danaçı kəndində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. 31 dekabr 2020-ci il tarixdə Qaradağ rayonu Ümid qəsəbəsində dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən əvvəl “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Laçın rayonunun Budaqdərə kənd sakini şəhid Sarıyev Elməddin Hümbət oğlu 5 mart 1997-ci ildə Ağdam rayonu Qaradağlı kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci ildə Ağdam rayonu Qaradağlı kəndinə top mərmisi düşməsi nəticəsində həlak olmuşdur.
Laçın rayonunun Bülündüz kənd sakini şəhid İsmayılova Zülfiyyə İsgəndər qızı 4 dekabr 1976-cı ildə Beyləqan rayonunda anadan olmuşdur. 3 oktyabr 2020-ci ildə yaşadığı evə çoxsaylı top mərmisinin düşməsi nəticəsində həlak olmuşdur.
Laçın rayonunun Qorçu kənd sakini şəhid Paşayev Niftalı Səlim oğlu 20 mart 1995-ci ildə Laçın rayonu Qorçu kəndində anadan olmuşdur. 28 oktyabr 2020-ci ildə Bərdə rayonuna atılan Smerç tipli raketdən ayrılan qəlpə nəticəsində başından ağır yaralanmışdır. 5 noyabr 2020-ci ildə Gəncə şəhərində vəfat etmişdir.
Laçın rayonunun Bülündüz kənd sakini şəhid Rəhimov Şahmalı Ətraf oğlu 29 may 2004-cü ildə Laçın rayonu İpək kəndində anadan olmuşdur. 7 noyabr 2020-ci ildə Bərdə rayonu Yeni Əyricə kəndinə raket atılması nəticəsinə həlak olmuşdur.