Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Binəqədi rayonunda keçirilmişdir.

27 sentyabr 2019 | 16:00

      2019-cu il 27 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 10 nömrəli Laçın tam orta məktəbində  həmin ərazidə müvəqqəti  məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
     134 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son  illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 104 müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin rifah halının gücləndirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 18 iyun tarixdə imzaladığı 17 sərəncamı ilə minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artımın edildiyini bildirmişdir. Çıxışda həmçinin bildirilmişdir ki, Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata çatdırılmış, büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin vəzifə maaşları orta hesabla 40 faiz artırılmışdır. Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı 20 faiz artırılmışdır.
       Rayon İcra Hakimiyyətinin  başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işlərini, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni  işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Rayon rəhbəri həmçinin çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı misilsiz xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də  danışmışdır.
Səyyar qəbulda 15 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu ərazidə fəaliyyət göstərən 10 nömrəli Laçın tam orta məktəbinin inventar və avadanlıqla təmin olunması və eyni zamanda məktəbə gələn avtomobil yolunun və kanalzasiya sisteminin təmir edilməsi, ödənişi dayandırılmış vahid aylıq müavinətin bərpa olunması, qəsəbədaxili yolların təmiri, 6 nömrəli Laçın tam orta məktəbinin inventar və avadanlıqla təmin olunması, I qrup əlil olan övladının hərbi xidmətə görə ölkədən çıxmasına qoyulmuş qadağanın  aradan qaldırılması, ixtisara düşmüş ştatın bərpa olunması, övladının müalicəsinə köməklik olunması, veteran vəsiqəsinin alınmasına köməklik edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, çalışmanın yaş həddinə görə tutduğu vəzifədən azad olunduğu məktəbdə yenidən işləmək üçün əmək müqaviləsinin vaxtının uzadılmasına köməklik olunması məsələləri ilə bağlı olmuşdur.
     Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri  iştirak etmişlər.
    Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər