Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 4 nominasiya üzrə ümümrayon müsabiqəsi keçirilmişdir.

03 may 2019 | 16:00

2019-cu il 03 may tarixdə Laçın Rayon Gənclər və İdman idarəsinin və Laçın Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 4 nominasiya – rəsm, bədii qiraət, mahnı və saz ifaçılığı üzrə ümümrayon müsabiqəsi keçirilmişdir. Rayonun ümumtəhsil və musiqi məktəblərini, eyni zamanda mədəniyyət müəssisələrini  əhatə edən müsabiqənin birinci mərhələsi Laçın rayon 1 N-li Uşaq Musiqi məktəbində, yekun mərhələsi isə Suraxanı Gənclər Evində təşkil edilmişdir. Bütün nominasiyalar üzrə I, II, III və həvəsləndirici yerləri tutan müsabiqə iştirakçılarına Rayon Gənclər və İdman İdarəsinin Diplom və qiymətli hədiyyələri təqdim olunmuşdur. Müsabiqəyə ümumilikdə 120 nəfərə yaxın iştirakçı qatılmışdır.

Keçidlər