Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarını hərbçilərlə birgə keçirdilər.

28 dekabr 2018 | 16:00

28.12.2018-ci il tarixdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaxın ərazidə yerləşən “N” saylı hərbi hissədə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  bütün əsgər və zabitləri, eyni zamanda bütün tədbir iştirakçılarını Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin adından təbrik edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək bildirmişdir ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəylik ideyası Ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir.
Natiq eyni zamanda vurğulamışdır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni  Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. Sonra bu bayramın bütün ölkədə qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etmişdir. Artıq respublikamızın hər yerində Dünya Azərbaycanlılarının Həmrəylik Günü böyük sevgi və coşqu ilə qeyd olunur. Çıxışda həmçinin bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vahid komandanlıq altında ordu quruculuğu prosesinə başlanılmış və qısa müddətdə nizami ordu yaradılmışdır. Bu gün isə möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilmişdir. Yeni il şənliyinin əsas atributları olan “Şaxta baba” və “Qar qız” əsgər və zabitləri bayram münasibətilə təbrik edərək, onlara bu şərəfli işlərində uğurlar arzuladılar.
      Bayram şənliyində Laçın rayon mədəniyyət işçilərindən ibarət musiqi kollektivinin iştirakı ilə rəngarəng mahnılar ifa olunmuş, əsgərlərin hamılıqla rəqsə dəvət edilməsi tədbirə xüsusi yaraşıq vermişdir.
“N” saylı hərbi hissədə keçirilən bayram tədbiri əsgərlərdə böyük əhval-ruhiyyə yaratmış, iştirakçılar tərəfindən sevinclə qarşılanmışdır.

Keçidlər