Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Laçın rayonunu təmsil edən iştirakçıları Quba-Qusar-Xaçmaz-Şabran istiqaməti üzrə yola salınmışdır.

14 noyabr 2018 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən “Ölkəmizi tanıyaq” tur aksiyasının laçınlı məktəblilərdən ibarət növbəti iştirakçıları 14.11.2018-ci il tarixdə Quba-Qusar-Xaçmaz-Şabran istiqaməti üzrə ilk təyinat məntəqəsinə Quba şəhərinə yola salınmışdır.
  Yola salınma tədbirinin iştirakçıları hamılıqla “Ölkəmizi tanıyaq” tur aksiyasının təşkili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bilirmişlər.
  Laçınlı tur-aksiya iştirakçıları xüsusi olaraq ayrılmış “Ölkəmizi tanıyaq” nişanlı sərnişin avtobusu ilə dövlət yol polisinin xidməti avtomobillərinin müşayiəti ilə Bakı şəhərindən  ilk təyinat məntəqəsi olan Quba şəhərinə təntənəli surətdə yola salınmışdır.

Keçidlər