Şriftin ölçüsü :

Saytın rəngi :

2003-cü ildən indiyədək ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb

26 may 2018 | 16:00

     2018-ci il mayın 25-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə müşavirə keçirilib. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Sərəncamın icrası ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunan müşavirə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının rayon, şəhər icra hakimiyyəti yanında məşğulluğa kömək komitələrinin rəhbərlərinin birgə iştirakı ilə keçirilib.
      Baş nazirin müavini Əli Əhmədov müşavirədə çıxış edərək son illər sürətlə inkişaf edən respublika iqtisadiyyatında əldə olunan uğurlardan söz açaraq, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və əmək münasibətlərinin daha müasir formada tənzimlənməsi istiqamətində ölkə rəhbərliyinin atdığı addımların səmərəli nəticələr verdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan böyük inkişaf mərhələsi yaşayıb. 2003-cü ildən indiyədək ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb. Azərbaycanda məşğulluq dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Son 15 ildə əhalinin sayı 1,5 milyon artıb. Ölkə əhalisi il ərzində 1,2 faiz artır. Biz hər il 100 mindən artıq iş yeri yaratmalıyıq. Ötən müddət ərzində xeyli iş yeri açılıb, insanların layiqli iş yerləri ilə təmin olunması üçün lazımi addımlar atılır. Ölkədə işsizliyin səviyyəsi təxminən 5 faiz təşkil edir. Respublikada 5 milyona yaxın əmək qabiliyyətli insan var. Əhalimizin 54 faizi kəndlərdə yaşayır.
       Müşavirədə müvafiq müzakirələr aparılıb.
      Müşavirədə Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavini, Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri İlqar İlyasov da iştirak edib.

Keçidlər