Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü Qaradağ rayonunda keçirilmişdir

25 may 2018 | 16:00

      Vətəndaşlarla yerlərdə keçirilən görüş və qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsində, çətinliklərin aradan qaldırılmasında, ortaya çıxan problemlərin həll olunmasında müstəsna əhəmiyyət kəsb edir. Vətəndaşların mütəmadi olaraq Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatında qəbul edilməsi ilə yanaşı təsdiq edilmiş səyyar qəbul cədvəlinə əsasən Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin hər həftə azı bir dəfə ölkəmizin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşlərinin və səyyar qəbullarının təşkil olunaraq keçirilməsinə daha çox diqqət ayrılır.
     Bununla bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi təşkilatı tədbirlərin vaxtında hazırlanaraq həyata keçirilməsini, qəbullarda qaldırılmış məsələlərin icrasının istiqamətlərini müəyyən edir. Bu baxımdan həmin qəbullarda məcburi köçkünlərin sosial sifarişləri ətraflı təhlil olunur, onların  həlli istiqamətində məqsədyönlü tədbirlər görülür. Bütün bunlar da nəticə etibarı ilə məcburi köçkünlər tərəfindən yüksək razılılıqla qarşılanaraq görülən ürəkaçan işlər davamlı dövlət qayğısının bariz nümunəsi hesab edilir.
     Əhali ilə aparılan məqsədyönlü tədbirlərin davamı olaraq Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü 2018-ci il 25 may tarixdə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilmişdir. Həmin görüş qəbulda Lökbatan qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə yanaşı Qaradağ rayonunun Səngəçal, Ümid və Sahil qəsəbələrindəki laçınlılar da iştirak etmişlər.
       Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli görüş iştirakçılarını salamlamış, ötən gün ölkə başçısı cənab İlham Əliyevin Mehriban xanımla birgə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışı münasibətilə məcburi köçkünləri təbrik etmiş, görülən bu böyük işlərə görə məcburi köçkünlər adından ölkə rəhbərinə dərin minnətdarlığını bildirmişdir. Sonra ölkəmizdə və rayonda görülən tikinti, quruculuq, abadlıq işlərindən  və hərtərəfli inkişafdan söz açan rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş və müdrik siyasəti nəticəsində işğal altında olan torpaqlarımızın  tezliklə işğaldan azad olunacağını, azad ediləcək həmin torpaqlarda daha geniş quruculuq işlərinin aparılacağını vurğulamışdır.
Daha sonra təşkil olunmuş 141 nəfərin iştirak etdiyi səyyar qəbulda 12 nəfər müraciət etmişdir. Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli həmin vətəndaşların müraciətlərini diqqətlə dinlənmiş, həlli mümkün olan məsələlər yerindəcə həll edilmiş, həlli Laçın Rayon İcra Hakimiyyətinin imkanları xaricində olan və səlahiyyətinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahlar verilmişdir.
      Qəbulda iştirak edən məcburi köçkünlər bundan əvvəlki görüşlərdə irəli sürülmüş müraciətlərin müsbət həllindən öz razılıqlarını bildirmiş, onlarla davamlı olaraq görüşdüyünə, ortaya çıxan problem və çətinliklərə daim məxsusi diqqət göstərərək nəticəli tədbirlər gördüyünə görə rayon rəhbərinə dərin minnətdarlıq ifadə etmişlər.

Keçidlər