Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyini qeyd etdilər

24 may 2018 | 16:00

        2018-ci il 24 may  tarixdə  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı Laçın rayon ictimaiyyəti nümayəndələrinin geniş tərkibdə toplantısı keçirilmişdir.

       Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin Laçın  Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

        Daha sonra Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli  açıq elan etdikdən sonra, 28  May -  Respublika  Gününün tarixi əhəmiyyəti  barədə məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamının tarixi əhəmiyyətindən danışmış, Cümhuriyyət xadimləri arasında iki nəfərin - Xosrovbəy Sultanbəyov və Nurməmməd bəy Şahsuvarov kimi həmyerlilərimizin olmasını qeyd edərək, qısa müddət ərzində Cümhuriyyət xadimlərinin böyük işlər gördüklərini, bu gün də özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan dövlətinin, xalqımızın Ulu öndəri Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyası əsasında inkişaf edərək müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin edilməsi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində bütün sahələrdə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilməsi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

      Tədbirdə “Cümhuriyyət xalqımızın tarixi naliyyətlərindən biri kimi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasovun məruzəsi dinlənilmiş, məruzə ətrafında ziyalılar çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd olunmasının xalqımızın tarixi naliyyətlərindən biri olduğunu bildirərək, müstəqil dövlətimizin uğurlarından fərəh hissi keçirdiklərini vurğulamışlar.

      Tədbirdə Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbinin saz müəllimi, aşıq Nizami Əmiraslan oğlu Şirinova təltif edildiyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı təqdim edilmiş, Laçın Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Ofeliya Mürsəl qızı Şükürovaya kitabxana-informasiya sahəsində səmərəli fəaliyyətinə görə təltif olunduğu təşəkkürnamə təqdim edilmişdir.

     Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Laçın rayonunun  ictimai-siyasi və sosial həyatındakı fəal iştiraklarına görə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif  edilmiş bir qrup şəxsə fəxri fərmanlar təqdim olunmuşdur.

 

Keçidlər