Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin onkoloji xəstəliklərlə bağlı tibbi müayinəsi başa çatmışdır.

22 may 2018 | 16:00

      21 may 2018-ci il tarixdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Ağcabədi rayonunun Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər arasında onkoloji müayinələrə start verilmiş, müayinə prosesi 22 may 2018-ci il tarixdə günün sonunda başa çatdırılmışdır.
      Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaq, eyni zamanda, region sakinlərinə daha rahat və keyfiyyətli tibbi xidmətdən yararlanma imkanı yaratmaqdır. “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri vətəndaşların müayinələrə cəlb olunmasını təşkil etmiş, müayinənin uğurla başa çatmasının təmin etmişlər. Müayinələr Milli Onkologiya Mərkəzinin 16 nəfərlik aparıcı həkim briqadası tərəfindən müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə həyata keçirilmişdir. İki gün davam edən onkoloji müayinələr zamanı 425 nəfər laçınlı 1155 müayinədən keçmişdir. Risk qrupuna daxil olan xəstələr tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilmiş, digər patologiya aşkar edilən xəstələrə yerində məsləhətlər verilmiş,  müvafiq profilli xəstəxanalara yönləndirilməsi nəzərdə turulmuşdur.
        Tibbi müayinədə iştirak edən laçınlılar onlara yaradılan bu şəraitə görə Ölkə Prezidenti ilham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər