Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı taxıl istehsalçıları məhsul yığımı kampaniyasına hazırdırlar

12 may 2018 | 16:00

      Laçınlılar müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisində cari mövsümdə 1249,6 hektar sahədə taxıl yetişdiriblər. Bundan 91 hektarı buğda, 1158,6 hektarı isə arpadır. Hazırda bütün qüvvələr bu mühüm strateji məhsulun vaxtında və itkisiz yığılmasına səfərbər edilir. Artıq hər yerdə taxıl biçinə hazırlıq işləri tam başa çatdırılmışdır. Hava şəraiti imkan verərsə may ayının üçüncü ongünlüyündən başlayaraq texnikalar sahələrə çıxarılacaqdır. Bu məqsədlə 10 kombaynın, 12 yük avtomaşınının sahələrə çıxarılması üçün lazımi tədbirlər görülmüşdür.
    Taxıl biçini kampaniyasına son hazırlıqla bağlı Laçın Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələrinin və Laçın Rayon Kənd Təsərrüfatı İdarəsinin əməkdaşları 12.05.2018-ci il tarixdə yerlərdə olmuş, taxıl istehsalçıları ilə görüşmüş, onlara lazım tövsiyələr vermişlər.
      Taxıl istehsalçıları məhsulun vaxtında və itkisiz yığılması üçün yaradılmış şəraitə və onlara göstərilən hərtərəfli köməkliklərə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər