Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Alxaslı obasında müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdi

07 may 2018 | 16:00

      07.05.2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Alxaslı obasında həmin ərazidə müvəqqəti məskunlaşmış  laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
    82 nəfərin iştirak etdiyi görüş-səyyar qəbul Laçın rayonunun Alxaslı kənd tam orta məktəbində keçirilmişdir. Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.
    Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək məcburi köçkünləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcədə məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışmışdır.
    Daha sonra təşkil edilmiş səyyar qəbulda 12 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Müraciət edənlərdən 1 nəfəri təhsil məsələsi, 1 nəfəri obaya çəkilmiş içməli su xəttinin istifadəyə verilməsi, 3 nəfəri obalarda çınqıl örtüklü yolun təmir olunması, 2 nəfər obalardaxili elektrik xətlərində gərginliyin artırılması, 1 nəfəri əkin üçün güzəştli şərtlərlə gübrələrin verilməsi, 1 nəfəri ərazidəki kanalların lildən təmizlənməsi,  1 nəfəri məktəbin həyətinə suvarma suyunun çəkilməsi, 1 nəfəri isə biçin vaxtı əraziyə kombaynların cəlb edilməsi, kollektiv şəkildə ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması ilə bağlı müraciət etmişdir. Həmin müraciətlərlə əlaqədar vətəndaşlara müvafiq izahat verilərək, baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
      Səyyar qəbulda iştirak edən məcburi köçkünlər onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər

.

Keçidlər