Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələliklərində 2017-ci ildə görülmüş işlərlə və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncaqlarının keçirilməsinə başlanılmışdır.

10 yanvar 2018 | 16:00

       10 yanvar 2018-ci il tarixdən başlayaraq, Laçın Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələliklərində 2017-ci ildə görülmüş işlərlə və qarşıda duran vəzifələrlə  bağlı hesabat yığıncaqlarının keçirilməsi başlanılmışdır.
       Qrafikə əsasən həmin hesabat yığıncaqlarının  Laçın  rayonunun 1 şəhər, 2 qəsəbə və 48 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini əhatə etməklə, 10-29 yanvar 2018-ci il tarixlərdə keçirilməsi nəzərdə tutulmuşdur.
         Hesabat yığıncaqlarında Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvlərinin iştirak etməsi nəzərə alınmışdır.
       Hər bir nümayəndəlik üzrə keçiriləcək hesabat yığıncaqları başa çatdıqdan sonra həmin hesabat yığıncaqlarının  yekunları Laçın Rayon İcra Hakimiyyəti yanında Şuranın geniş iclasında ətraflı müzakirə   ediləcək, həmin təkliflərin həyata keçirilməsi üçün tədbirlər planı təsdiq olunacaqdır.

Keçidlər