Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü Ağsu rayonunda keçirilmişdir

10 noyabr 2017 | 16:00

    10.11.2017-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Ağsu rayonunun Gürcüvan  kəndində həmin rayonun ərazisində  müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü - səyyar qəbulu keçirilmişdir.

     Ağsu rayonunun Gürcüvan kəndində fəaliyyət göstərən şəhid Etibar Əliyev adına Laçın rayonunun Fərəcan kənd tam orta məktəbində keçirilmiş görüşdə 80 nəfər Laçın rayon sakini iştirak etmişdir.  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək, ölkəmizdə və rayonda görülən işlərdən danışmış,  Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda  həyata keçiriləcəyinə əminliyini bildirmişdir.

      Daha sonra rayon rəhbəri məktəbdə tədris prosesinin gedişi ilə tanış olmuş, məktəbin qışa hazırlıq vəziyyəti ilə maraqlanmışdır. Məktəbin ümumi fəaliyyəti barədə məktəbin direktoru Xamoy Heydərov rayon rəhbərinə ətraflı məlumat vermişdir.
   
      Görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 9 nəfərin müraciəti dinlənilmiş və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

     Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

       Görüşdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Aslan Abbasov, rayon prokuroru Ceyhun Almasov, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Fərəcan, Fərraş, Daşlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, həmçinin Ağsu Rayonu İcra Hakimiyyəti başçısının Gürcüvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Mürşüdov  iştirak etmişlər.

Keçidlər