Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı bağçayaşlı uşaqların təlim-tərbiyəsi rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır

19 sentyabr 2017 | 16:00

         2017-ci il 19 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Ağcabədi rayonunun Taxtakörpü  ərazisindəki 552 ailəlik məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun 3 saylı Körpələr evi-uşaq bağçasında olmuş, bağçanın gündəlik  fəaliyyəti ilə maraqlanmışlar.  
Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2012-ci ildən Taxtakörpü  ərazisindəki 552 ailəlik məcburi köçkün qəsəbəsində layihə üzrə inşa olunmuş 50 yerlik körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılmışdır. Bağçada 1 yaşdan 6 yaşadək 35 uşaq 2 qrupda təlim-tərbiyə alır.
Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülmüşdür. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar vardır. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Uşaq bağçasının ərazisində abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, yay çardağı, oyun meydançası yaradılmışdır.  
           Burada tibb otağı, zəruri qurğular və oyuncaqlar ilə təchiz edilmiş otaqlar  vardır. 50 yerlik yeməkxanada da balacaların normal qidalanmaları üçün bütün imkanlar yaradılmışdır. Binadakı yataq və oyun otaqları da uşaqların zövqünə uyğun tərtib edilmişdir. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır. Uşaqların günün əsas hissəsini burada keçirmələri nəzərə alınaraq, bu məktəbəqədər təhsil müəssisəsində onların təlim-tərbiyəsinin keyfiyyəti, gigiyenik qaydalara əməl olunması əsas amil kimi götürülmüşdür.
           Bağça rəhbərliyi və valideynlər bağçada uşaqlar üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər