Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində pambığın hazırkı vəziyyəti ilə bağlı müşavirə keçirilmişdir.

13 sentyabr 2017 | 16:00

          2017-ci il 13 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətində laçınlılar tərəfindən Taxtakörpü ərazisində becərilmiş pambıq sahələrinin hazırkı vəziyyətinə dair müşavirə keçirilmişdir. Qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin, xidmət təşkilatlarının və aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi toplantıda Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək, kənd təsərrüfatının mühüm və strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirmiş, cari ildə bu sahədə görülmüş işlər barədə məlumat vermişdir.
      Müşavirədə pambıq yığımının təşkili üzrə yaradılmış xüsusi qərargahın sədr müavini Tofiq Mirzəyev çıxış edərək, pambıqçılıq sahəsində daha yüksək nəticələrə nail olmaq üçün görüləcək işlərdən və bununla bağlı qarşıda duran vəzifələrdən danışmış, sahələrdə bol məhsulun gözlənildiyini, yaxın günlərdə pambıq yığımına start veriləcəyini vurğulamışdır.
          Sonda Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli pambıq yığımı işləri ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər