Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı şagirdlərin uğurları artır

11 sentyabr 2017 | 16:00

            Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Məktəblilərin fənn müsabiqəsinin təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq 2017-ci il 5 mart tarixdə ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdlərinin iştirakı ilə fənn müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Müsabiqədə VI siniflər üçün riyaziyyat, VII siniflər üçün kimya, biologiya, fizika fənlərindən təşkil edilməklə 110 nəfər şagird iştirak etmişdir. Nəticələrə görə hər fəndən dörd nəfər olmaqla 16 nəfərdən ibarət komanda təşkil edilmişdir. Natiq Əbdüləzimovun rəhbərlik etdiyi Laçın komandası 2017-ci il 17 iyun tarixdə 1400 şagirdin  iştirak etdiyi 65 şəhər və rayon komandasının bilik yarışının respublika mərhələsində müvəffəqiyətlə yarışaraq II yerə layiq görülmüşdür. Biologiya fənni üzrə bilik yarışında 10 nömrəli Laçın tam orta məktəbinin şagirdi Nəsibova Elnarə Vahid qızı  respublika üçüncüsü olmuşdur. İyulun 7-də Respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur. Elnarə Nəsibovaya bürünc medal, komandaya kubok, komanda üzvlərinə hədiyyələr verilmişdir. Mükafatların təqdimat mərasimində respublikanın tanınmış ziyalıları, Milli Məclisin deputatları iştirak etmişdir.

Keçidlər