Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar Taxtakörpü ərazisində becərdikləri pambıq sahələrindən bol məhsul gözləyirlər

08 sentyabr 2017 | 16:00

            Laçınlı məcburi köçkünlər bu il ilk dəfə olaraq, müvəqqəti məskunlaşdıqları  Ağcabədi rayonunun Taxtakörpü ərazisində 101 hektar sahədə pambıq əkini aparıblar. Həmin pambıq əkini sahəsinin 56 hektarı Malıbəy, 45 hektarı Alxaslı obasında becərilir. Hazırda becərilmiş sahələrdə pambıq yığımına hazırlıq işləri aparılmaqdadır. Bu il həmin pambıq sahələrindən yüksək məhsul  əldə olunması gözlənilir.
            Bununla əlaqədar olaraq, Laçın Rayon İcra Hakimiyyətində yaradılmış qərargahın üzvləri 07.09.2017-ci il tarixdə pambıq sahələri becərilmiş Malıbəy və Alxaslı obalarında olmuş, məhsul istehsalçıları və aidiyyəti qurumların nümayəndələri ilə pambıq yığımına hazırlığın mövcud vəziyyəti müzakirə olunaraq, aparılmış hazırlıq işləri qənaətbəxş qiymətləndirilmişdir. Bununla yanaşı qərargahın sədr müavini Tofiq Mirzəyev məhsulun itkisiz və vaxtında yığılması üçün aidiyyəti üzrə lazımi tapşırıqlar vermişdir.

Keçidlər