Şriftin ölçüsü :

Saytın rəngi :

Taxtakörpü ərazisində payız əkinləri üçün lazımi tədbirlər görülür

07 sentyabr 2017 | 16:00

            Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı, sahəsi 31,6 min hektar olan Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki obalarda növbəti ilin məhsulu üçün əkin-səpin kampaniyasına ciddi hazırlıq işləri aparılmaqdadır.
Belə ki, bu günədək ərazidəki Qarıqışlaq obasında 70 hektar, Alxaslı obasında 50 hektar, Malıbəy obasında 30 hektar, Cağazur  obasında 25 hektar, Nurəddin obasında 22 hektar, Ərdəşəvi obasında 20 hektar, Fingə obasında 10 hektar, Qoşasu  obasında 10 hektar, Sonasar obasında 10 hektar, Vağazin obasında 7 hektar, Sadınlar obasında 7 hektar, Hacılar  obasında 5 hektar, Mişni obasında 3 hektar, ümumilikdə isə payızlıq əkin üçün cəmi 269 hektar sahədə yay şumu aparılmışdır. Hazırda şumlama işləri davam etdirilməklə, sahələrdə müxtəlif markalı 12 traktor işləyir.
                Səpin öncəsi Laçın Suvarma Sistemləri İdarəsinin köməyi ilə əkin ətrafı suvarma kanalları lil və çöküntülərdən təmizlənmişdir. Obalarda payız əkininin optimal dövrdə başa çatdırılması üçün rayonun aidiyyəti xidmət təşkilatları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına lazımi köməklilər göstərilir. Bu sahədə aparılan işlərin vəziyyətini öyrənmək üçün Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev 07.09.2017-ci il tarixdə Laçın Rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri ilə birlikdə ətraf obalarda olmuş, aparılan işlərlə tanışlıqdan sonra əkin-səpin işlərinin vaxtında başa çatdırılması üçün aidiyyəti idarələrə müvafiq tapşırıqlar, istehsalçılara isə lazımi tövsiyələr vermişdir.
               Məcburi köçkün kənd təsərrüfatı məhsulları istehsalçıları onlara göstərilən dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər