Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilmişdir.

25 avqust 2017 | 16:00

         2017-ci il 25 avqust tarixdə  Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Abşeron rayonunun Atyalı yaşayış massivində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Laçın rayonunun Qozlu kənd tam orta məktəbinin binasında keçirilən görüşdə ərazidə müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərdən 40 nəfər iştirak etmişdir.
        Görüşdə çıxış edən rayon rəhbəri bildirmişdir ki, hər zaman olduğu kimi bu gün də qaçqın və məcburi köçkünlərin qayğı və problemləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, hər il yeni qəsəbələr və yaşayış məhəllələri inşa edilərək qaçqın və məcburi köçkünlərin istifadəsinə verilir. Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün yeni inşa edilən qəsəbədə gedən tikinti işləri ilə tanışlığı zamanı qeyd etdi ki, hal-hazırda ölkə rəhbərinin tapşırığına uyğun olaraq bir neçə qəsəbə inşa olunur ki, həmin qəsəbələr yaxın gələcəkdə məcburi köçkünlərin istifadəsinə veriləcəkdir. Lakin, dövlət başçısı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bütün bunlar müvəqqəti xarakter daşıyır. Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli əminliklə vurğuladı ki, ona görə də qüdrətli Azərbaycan Ordusunun  və ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti sayəsində tezliklə torpaqlarımız işğaldan azad ediləcək və həmin torpaqlarda əsaslı şəkildə bərpa-tikinti, geniş quruculuq işlərinin aparılmasının canlı şahidləri olacağıq.
       Görüşdən sonra keçirilmiş səyyar qəbulda 5 nəfərin müraciəti dinlənilmiş və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
        Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər