Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun ərazisindəki yaylaqlara çıxarılmış laçınlı məcburi köçkün ailələrinin şəxsi təsərrüfatında olan iri və xırdabuynuzlu heyvanlara Laçın Rayon Baytarlıq İdarəsinin həkimləri tərəfindən zoobaytar xidmətlər göstərilmişdir.

19 avqust 2017 | 16:00

         Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin müvafiq tapşırığının icrası olaraq, 2017-ci il 17-18 avqust tarixdə Laçın Rayon Baytarlıq İdarəsinin ixtisaslı baytar həkimlərindən ibarət səyyar baytar həkim briqadası İsmayıllı rayonunun yaylaqlarında olmuşlar. Laçın Rayon Baytarlıq İdarəsinin rəisi Sovet Həsənovun rəhbərliyi ilə səyyar baytar həkim briqadası yay mövsümü ilə əlaqədar olaraq Laçın rayonunun Cağazur, Qılışlı, Sadınlar və Hacılar kəndlərindən olan 15 ailənin şəxsi təsərrüfatlarının saxlanıldığı İsmayıllı rayonunun ərazisindəki 4 yaylaqda olmuşlar. Rayonun baytarlıq işçiləri heyvandarlıq təsərrüfatlarının sahibləri ilə görüşmüş, təsərrüfatların mövcud vəziyyəti ilə yaxından maraqlanmışlar. İki gün ərzində həmin təsərrüfatlardakı 150 başa yaxın iri, 1800 başa yaxın xırdabuynuzlu heyvanlara lazımi zoobaytar xidmətləri göstərilmişdir. Baytarlıq işçilərinin təsərrüfatlarla tanışlığı zamanı yaylaqlardakı bitki örtüyünün zənginliyi və ilin əvvəlindən aparılmış lazımi zoobaytar xidmətlər mal-qara və davarların daha da gümrahlığına səbəb  olmuşdur ki, bu da təsərrüfatlarda sağlam və nisbətən artıq bala alınmasına, habelə ət, süd və yun istehsalında daha yüksək göstəricilərin əldə olunmasına imkan verəcəkdir.   
       Yay mövsümü ilə əlaqədar laçınlı məcburi köçkünlərlə yerlərdə görüşlərin keçirilməsi və səyyar baytar həkim briqadası tərəfindən təsərrüfatlarında olan mal-qaraya göstərilən zoobaytar xidmətlər təsərrüfat sahibləri və onların ailə üzvləri tərəfindən yüksək razılıqla qarşılanmışdır. Laçınlı məcburi köçkünlər onlara  göstərilən bu diqqət və qayğıya görə  rayon  rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər