Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti görüş-səyyar qəbul Zərdab rayonu ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.

25 noyabr 2016 | 16:00

25 noyabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Zərdab rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Texniki Peşə məktəbin binasında görüş-səyyar qəbulu keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş və görüləcək işlərdən danışaraq, əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin ötən dövründə də ölkəmizdə xeyli işlər görüldüyünü tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.        
Qəbulda iştirak etmiş 40 nəfər rayon sakinindən, 8 nəfəri müraciət edərək əvvəlcə onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, həmçinin onlara əkin üçün torpaq sahəsinin ayrılması, elektrik enerjisi təchizatının yaxşılışdırılması, məcburi köçkün vəqisəqinin veilməsi habelə  ailə vəziyətləri ilə bağlı maddi köməklik olunmasını bildirmişlər. Sakinlər tərəfindən edilmiş müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri iştirak etmişlər.

Keçidlər