Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı köçkünlər də qanvermə aksiyasına qoşuldular.

21 may 2020 | 16:00

      Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına laçınlı məcburi köçkünlər də qoşulmuşlar.
        21 may 2020-ci il tarixdə laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik köçkün qəsəbəsində qanvermə aksiyası keçirilmişdir. Aksiyada Laçın Rayon İcra Hakimiyyətinin, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları könüllü olaraq iştirak ediblər.
        Mərkəzi Qan Bankının Bərdə Regional bölməsinin peşəkar həkim kollektivi tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 33 nəfər könüllü olaraq qan vermişlər.
       Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.

Keçidlər