Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində operativ müşavirə keçirilmişdir

14 may 2020 | 16:00

    2020-ci il 14 may tarixdə Laçın Rayon İcra Hakimiyyətində operativ müşavirə keçirilmişdir.
   Müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 13.05.2020-ci il Fərmanının tələblərinin icrası ilə əlaqədar qarşıda duran vəzifələrdən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.05.2020-ci il tarixdə Azər Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlər  ətraflı müzakirə olunmuşdur.
   Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının struktur bölmə rəhbərlərinin iştirak etdiyi operativ müşavirədə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli son illər, xüsusilə 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən başlanmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarının 2019-cu ilin sonlarından etibarən daha geniş vüsət almasından və hazırda bu işlərin intensiv şəkildə davam etdirilməsindən söhbət açmış, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 13.05.2020-ci il tarixli Fərmanının tələblərinin icrası ilə əlaqədar qarşıda duran vəzifələrdən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.05.2020-ci il tarixdə Azər Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyələrdən danışmışdır.
    Daha sonra bu yönümdə görülmüş işlərin vəziyyəti barədə Rayon İcra Hakimiyyəti başçısı aparatının struktur bölmə rəhbərləri rayon rəhbərinə ətraflı məlumat vermiş, rayon üzrə ayrı-ayrı sahələrdə aparlan işlərin yaxşılaşdırılması, yerli icra hakimiyyəti sisteminə daxil olan təşkilatlarda əmək, icra və  xitməti intizamın daha da  artırılması istiqamətində qarşılıqlı fikir mübadilələri aparılmışdır.
   Müşavirənin sonunda Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli vətəndaşların videoqəbulu işinin təşkili məsələləri, habelə vəzifəli şəxslərin xidməti vəzifələrinin layqincə icrası, vətəndaşların qəbulu və müraciətlərinə daha həssaslıqla və operativ şəkildə baxılması istiqamətində aparatın struktur  bölmə rəhbərlərinə müavfiq tapşırıq və tövsiyələr vermişdir.

Keçidlər