Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə yardımlar davam edir.

02 may 2020 | 16:00

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə, respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən geniş miqyaslı tədbirlərə dəstək olaraq, Sumqayıt şəhəri üzrə məcburi köçkünlər icmasının sədri Qəzənfər Hüseynovun təşəbbüsü ilə xeyriyyəçilik tədbirinə qoşulan laçınlı iş adamı,  “Eldost” inşaat şirkətinin sahibi Hüseyn Oruc oğlu Rəfiyev  bu aksiyaya öz tövhəsini vermişdir.

        Belə ki, xeyriyyəçilik aksiyası zamanı  Sumqayıt şəhərində müvəqqəti məskunlaşan, xüsusi karantin şəraitində sosial müdafiəyə daha çox ehtiyacı olan aztəminatlı laçınlı köçkün ailələrinə gündəlik tələbatları üçün müxtəlif çeşidli ərzaq bağlamaları  paylanılmışdır.
          Keçirilmiş xeyriyyəçilik aksiyası zamanı  köçkünlərə xüsusi  karantin rejimi şəraitində, özlərinin və yaxınlarının sağlamlığı naminə, tələb olunan qaydalara düzgün riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə olunmuşdur.

           Ərzaq yardımı alan sakinlər, xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər