Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

       Nəzərli Aqil Ağaxan oğlu 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur.
     Ali təhsillidir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üxrə bitirmişdir.
       Ailəlidir, iki övladı var.
    1999-2009-cu illərdə Laçın rayonu İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində hüquqşünas, Hüquq şöbəsinin müdiri vəzifələrində işləmişdir.
    12 iyun 2009-cu il tarixdən 2016-cı il 16 iyun tarixədək Laçın rayonu İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  vəzifəsində çalışmışdır. Ehtiyatda olan zabitdir.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 16 iyun tarixli Sərəncamı ilə Laçın rayonu İcra Hakimiyyəti başçısı təyin edilmişdir.

Keçidlər