Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfərin Mübarək,Vətən

04 noyabr 2022 | 18:11

           4 noyabr 2022-ci il tarixində Laçın Rayon İcra Hakimiyyəti  və Şərqi Zəngəzur RTİ-nin Laçın rayonu üzrə nümayəndəliyinin  birgə təşkilatçılığı ilə rayonun  şəhid M.Müseyibov adına Bozlu kənd tam orta məktəbində 8 noyabr Zəfər Günü münasibəti ilə tədbbir keçirilmişdir.  “Zəfərin Mübarək,Vətən”adlı tədbirdə Laçın Rayon İcra Hakimiyyəti Başçısının müavini Aynurə Həsənova, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən mayor Sənan Qasımov, Şərqi Zəngəzur RTİ-nin Laçın rayonu üzrə Sektor müdiri Nicat Həsənov,şəhid ailələri,qazilər və ictimaiyyət nümayəndələri  iştirak edirdilər.
              Hərbi salamlama ilə başlayan tədbirdə Laçın rayon şəhid M.Müseyibov adına Bozlu kənd tam orta məktəbi şağirdlərinin  8 noyabr Zəfər Günü ilə əlaqədar hazırlanmış əl işlərindən ibarət  sərgiyə baxış keçirilmişdir. Sonra məktəbin salonunda tədbirin rəsmi hisssəsi başlanmışdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid  olan bütün şəhidlərimizin ruhu  ehtiramla anılaraq ruhlarına dualar edilmiş qazilərə sağlamlıqlarına qovuşması arzu olunmuşdur. Sonra   məktəbin direktoru Nuridə Əhmədova qonaqları bir daha salamlayaraq sözü onlara verdi . Tədbirdə çıxış edən qonaqlar iştirakçıları möhtəşəm qələbə münasibəti ilə təbrik edərək qeyd etdilər ki,   torpaqlarımızın  işğal altında olduğu zaman Azərbaycanda dövlətinin apardığı siyasətinin ən önəmli prioriteti məhz bu işğala son qoyaraq yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın öz doğma torpaqlarına qayıtması və xalqımızın  sülh şəraitində yaşaması olduğu qeyd olunaraq bu istiqamətdə Möhtərəm Prezidentimiz , Ali Baş Komandan cənab İlham Əliyevin ötən illər ərzində apardığı ardıcıl siyasət və yorulmaz fəaliyyəti  44 Günlük Vətən müharibəsində  öz bəhrəsini verərək  Azərbaycan ərazi bütövlüyünə qovuşdurdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bu gün azad olunmuş bütün ərazilərdə  üç rəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlının qılbində qürur və iftixar hissi yaratdığı qeyd edilmişdir. Sonra tədbir məktəblilər tərəfindən hazırlanmış  səhnəciklər, musiqi və müxtəlif səpkili şeirlərin səsləndirilməsi ilə davam etdirilmişdir. Tədbir bütün iştirakçılarda xoş ovqat yaratmışdır.

Keçidlər