Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 ili tamam oldu
33 il bundan əvvəl ölkəmizdə Yeni Azərbaycan Partiyasının təsis edilməsi XX əsrin sonlarında dövlətçilik tariximiz yaşanan mürəkkəb və təhlükəli ictimai-siyasi proseslərin fonunda tarixi zərurət kimi meydana çıxdı. Həmin dövrdə Azərbaycanda siyasi böhran dərinləşir, dövlət idarəçiliyində səriştəsizlik artır, separatizm meyilləri genişlənir, vətəndaş müharibəsi alovlanır, Ermənistanın təcavüzü ağır nəticələrə səbəb olurdu. Müstəqilliyini yeni bərpa etmiş ölkənin gələcəyi real təhlükə altına düşmüşdü. Belə bir şəraitdə xalqın əsas ümid yeri müdrik dövlət xadimi, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyev idi.
Ölkəmizin tanınmış ziyalıları 1992-ci ilin oktyabrında Xalqımızın dahi oğlu Heydər Əliyevə müraciət edərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyev 1992-ci il 24 oktyabr tarixli məktubunda bu təklifə razılıq verərək Azərbaycanın taleyinin həll olunacağı yeni bir siyasi mərhələnin əsasını qoydu.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi. Bu hadisə Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşməsində həlledici rol oynadı. Həmin dövrdə ölkədə hökm sürən xaos, iqtisadi tənəzzül, siyasi çəkişmələr və müharibənin fəsadları dövlətçiliyi ciddi təhlükə altına almışdı. Ümummilli Liderin siyasi arenaya qayıdışı nəticəsində xalqın xilası prosesi başladı, Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu.
Müstəqil Azərbaycanın dövlət quruculuğu tarixində 1993–2003-cü illər xüsusi mərhələ kimi yadda qaldı. Bu illər ərzində “Əsrin müqaviləsi” imzalandı, Bakı–Tbilisi–Ceyhan kəməri reallaşdırıldı, ölkə iqtisadiyyatı canlandı, ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün müstəqil Azərbaycanın əsas ideoloji dayağını təşkil etməklə dövlət başçısı cənab İlham Əliyevin ardıcıl siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib.
Bu çərçivədə Naxçıvanı Azərbaycanın əsas əraziləri ilə birləşdirən və Avropa ilə Mərkəzi Asiyaya birbaşa çıxış yaradan Zəngəzur dəhlizi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı Cənub Qaz Dəhlizi kimi strateji layihələr böyük əhəmiyyət kəsb edir, Azərbaycanı yalnız Qafqazda deyil, Asiya və Yaxın Şərqdə önəmli geosiyasi aktora çevirir.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin apardığı siyasət YAP-ın fəaliyyətinə yeni strateji məzmun gətirdi: “Azərbaycanda iqtisadiyyat misilsiz şəkildə böyüdü, sosial rifah yüksəldi, ölkə regionda söz sahibi olan gücə çevrildi.
Bu illərin ən böyük tarixi nailiyyəti isə əlbəttə ki, Vətən müharibəsində Qələbə oldu. 2020-ci ildə əldə edilən Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunaraq 30 illik işgala son qoyularaq 2023-cü ildə isə suverenlik tam şəkildə təmin edildi. Bu qələbələr ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli liderliyinin və YAP-ın milli maraqlara söykənən siyasi kursunun nəticəsidir.
Bu gün Yeni Azərbaycan Partiyası 800 minə yaxın üzvü ilə ölkənin ən böyük siyasi təşkilatıdır. Onun sıralarında gənclərin üstünlük təşkil etməsi partiyanın gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Məhz bu gənclik Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında böyük rol oynadı.
Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü münasibəti ilə
ölkəmizin bütün regionlarında olduğu kimi Laçın rayonunda da YAP Laçın rayon təşkilatının Ərazi Partiya Təşkilatlarinda silsliə tədbirlər keçiriilməklə partiyanının keçdiyiiii şərəfli inkişaf yoluna dair yekun tədbir Laçın şəhərində təşkil olunmuşdur.
Beləliklə, Ulu Öndərin strategiyası əsasında yaranmış YAP-ın ideoloji xətti yalnız daxili inkişafı nəzərdə tutmur, bu, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən, tranzit-güc kimi formalaşmış dövlət modelinə çevrilməsi üçün də əsasdır. Bu gün Azərbaycan Qarabağ Zəfərindən sonra formalaşmış müasir geosiyasi reallıqlar şəraitində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru əminliklə addımlayır.






