Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Laçın Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının illik hesabat iclası keçirilmişdir
22 fevral 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Laçın Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının illik hesabat iclası keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazovun təklifi ilə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin və Türkiyədə baş verən zəlzələ nəticəsində həyatlarını itirən bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
İclasda Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov iştirak etmişdir.
Daha sonra illik hesabatla Laçın rayon təşkilatı Laçın Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazovun məruzəsi dinlənilmişdir. Məruzədə Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı yoldan, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qəhrəman Ordumuzun 44 gün içərisində II Qarabağ müharibəsində yağı düşmən üzərində qazandığı qələbədə və milli birliyin təmin edilməsində YAP-ın rolundan söz açılıb. Daha sonra məruzəçi bildirib ki, sədri olduğu ərazi partiya təşkilatının hazırda partiya üzvlərinin sayı 134 nəfərdir ki, onlarında əksəriyyəti gənclərdir. Bildirilib ki, partiya üzvlərinin ictimai tədbirlərdə fəallığı yüksəkdir. Məruzə ətrafında çıxışlarda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev , şöbə müdiri Cabir Əvəzzadə və digər partiya üzvüləri Qarabağın azad edilməsi ilə nəticələnən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasətin incəlikləri və YAP-ın xalqın bütövləşməsində təşkilatlandırıcı funksiyası haqqında danışaraq Məhəmməd Şahbazovun hesabat məruzəsini qənaətbəxş hesab ediblər.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov iclasda çıxış edərək Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının öz işini partiyanın Proqram və Nizamnaməsi, 2021-ci il 5 noyabr tarixində keçirilmiş VII qurultayının tələbləri əsasında qurduğunu, təşkilat üzvlərinin rayonun ictimai-mədəni həyatında xüsusilə ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində fəallığını müşahidə etdiyini bildirərək təşkilatın illik hesabatını qənaətbəxş olduğunu qeyd etmişdir.