Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

02 mart 2023 | 17:31

     2023-cü il 2 mart tarixdə  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci yarımbəndinin (xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.) icrasının təmin edilməsi məqsədilə Laçın   rayonunun Ağcabədi rayonu Taxta Körpü ərazisində 245 ailəlik məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən  Laçın rayonunun Qarakeçdi kənd 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.

      Maarifləndiməni Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri  Bəhruz Əhmədov və Yusif Abdullazadə ilə birgə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları Xanlar Adıgözəlov və Ruslan Nəbiyevin iştirakı ilə  keçirilmişdir.

     Maarifləndirmə tədbiri həmçinin, Laçın rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi daşımışdır.

Keçidlər