Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi həssas əhali qruplarının arasında sağlam qidalanma ilə bağlı maarifləndirici tədbir keçirildi.

25 aprel 2025 | 17:54

25 aprel  2025-ci il tarixdə  Laçın Rayon İcra Hakimiyyəti və “Laçın Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın   10.12.5-ci bəndinin  (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s. sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.)  icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

          Ağcabədi rayon Taxa Körpü ərazisində fəaliyyət göstərən Laçın rayonunun “Düşərgə” tam orta məktəbində  keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Şahbazov, rayon  Mərkəzi xəstəxanası poliklinikasının  həkim mama-ginekoloqu Təzəgül Ələkbərova, həkim pediatr Aytəkin Yusifova, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

              Tədbiri giriş sözü ilə açan  Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Şahbazov konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsvirindən bəhs edərək, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verib. Bundan başqa, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamları iştirakçıların diqqətinə çatdırıb.

               Sonra çıxış edən rayon  Mərkəzi xəstəxanası poliklinikasının  həkim mama-ginekoloqu Təzəgül Ələkbərova  bakteriya mənşəli qida zəhərlənmələrindən bəhs edərək son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş istifadəyə yararsız qidalar haqqında məlumat verərək, xüsusi həssas əhali qruplarının, uşaqlar, hamilə qadınların sağlam qidalanmasından ətraflı izahat verdi.

 

            Tədbirin sonunda iştirakçılara sağlam qidalanma istiqamətində, eləcə də zərərli vərdişlərdən uzaq durmaq və bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər