Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsidir

26 fevral 2023 | 11:19

 

            Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında təsdiq edilmiş tədbirlər planına uyğun olaraq cari ilin fevral ayı ərzində rayonun idarə, müəssisə, təşkilat, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və ümumtəhsil məktəblərində silsilə  tədbirlər keçirilmiş, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişi təşkil edilmiş, rayonun bütün tədris müəssisələrində Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslərin keçirilməsi, 26 fevral günü  Azərbaycan Respublikasının dövlət bayrağının endirilməsi təmin olunmuşdur.

        2023-cü il 26 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun  hüquq mühafizə orqanlarının və idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhid ailələri və çoxsaylı rayon sakinlərinin iştirakı ilə  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Taxta körpü qəsəbəsi ərazisindəki   Şəhidlərin Xatirə Kompleksi qarşısında  rayon sakininin  iştirakı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə  rayon rəhbərliyi,  ictimaiyyət nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları  Taxta Körpü qəsəbəsində şəhidlərinin xatirəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi”ni ziyarət edərək abidənin önünə tər qərənfillər düzmüşlər.

   Mərasimdə Xocalı faciəsinin baş verdiyi tarixi məqama bir daha nəzər yetirilərək, erməni faşizmi tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu qəddar vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün insanlığa  qarşı törədilən qatı cinayət olduğu qeyd edilərək, bu dəhşətli faciəyə real qiymətin Ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlandığı, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  tərəfindən bu missiyanın uğurla davam etdirilməklə faciənin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunduğu bildirilmişdir.     
  Anım tədbirində düşmən tapdağı altındakı torpaqlarımızın Şanlı ordumuz tərəfindən 2020-ci il 27 sentyabrdan başlayaraq  44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızın azad edilməsindən danışılaraq,  artıq bütün şəhidlərimizin narahat ruhlarının  rahatlıq tapdığı vurğulanmışdır.

 

Keçidlər