Vətən müharibəsi şəhidi Şahvələdov İlyas Etibar oğlunun şəhidlik zirvəsinə yüksəlişinin növbəti ildönümü qeyd edilmişdir
10 oktyabr 2022-ci il tarixində Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın təşkilatının birgə təşkilatçılığı ilə rayon ictimaiyyəti nümayəndələri tərəfindən Şahvələdov İlyas Etibar oğlunun şəhid olmasının növbəti ildönümü qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Laçın rayon təşkilatı fəalları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuş Şahvələdov İlyas Etibar oğlunun məzarını ziyarət etmiş önünə tər qərənfillər düzərək, əziz xatirəsini ehtiramla yad etmişlər.
Şəhid Şahvələdov İlyas Etibar oğlu Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş, Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şahvələdov İlyas Etibar oğlu ölümündən sonra Füzulinin azad olmasına görə və Vətən uğrunda medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!