Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nəcəfov Etibar Mehman oğlunun əziz xatirəsi ehtiramla yad olundu

26 noyabr 2022 | 12:38

        Laçın Rayon İcra Hakimiyyəti rəhbərliyi, Laçın rayonunun Şeylanlı kənd sakini,  Vətən müharibəsi  şəhidi  Nəcəfov Etibar Mehman oğlunun  ailə  üzvləri, döyüş yoldaşları  və yaxınları    26.11.2020-ci il tarixində   Ağcabədi  rayonu Taxta Körpü ərazisində Şeylanlı kənd qəbiristanlığında dəfn olunmuş  Nəcəfov Etibar Mehman  oğlunun şəhid olmasının  növbəti ildönümü ilə əlaqədar  məzarını  ziyarət etmiş, önünə  tər qərənfillər düzərək, əziz xatirəsini   ehtiramla yad etmişlər. 

        2-ci Qarabağ,  Vətən müharibəsi iştirakçısı  Nəcəfov Etibar Mehman  oğlu   Qubadlı  rayonu  uğrunda gedən  döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu  şərəflə yerinə yetirən  şəhid Nəcəfov Etibar Mehman   oğlu  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq Sərəncamlarına  əsasən  ölümündən sonra   “Vətən uğrunda” medalı, həmçinin “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

          Allah bütün şəhidlərə rəhmət etsin.

 

Keçidlər