Vətən müharibəsi şəhidi Etibar Nəcəfovun anım günü qeyd olunmuşdur.
2025-ci il 26 noyabr tarixdə Vətən müharibəsi şəhidi Nəcəfov Etibar Mehman oğlunun anım günü ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Məhəmməd Şahbazov, Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Cövhər Sadıqzadə, Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı Bəhruz Əhmədov, Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının əməkdaşı Kənan Quliyev, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Şeylanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Maşallah Baxışov, şəhid Nəcəfov Etibar Mehman oğlunun təhsil aldığı Aran kənd ümumi orta məktəbinin müəllim və şagirdləri, Q. A. Alıyeva adına Şeylanlı kənd tam orta məktəb müəllim və şagirdləri ilə birlikdə şəhidin məzarı ziyarət edilmişdir.
Şəhidin məzarı başında çıxış edənlər şəhid ailəsinə baş sağlığı vermişlər və onun keçdiyi şərəfli döyüş yolundan danışmışlar, şagirdlər qəhrəmanlıq və qələbə ruhlu çoxsaylı şerlər söyləmişlər və bütün şəhidlərimizə allahdan rəhmət diləmişlər.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Nəcəfov Etibar Mehman oğlu könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 26 noyabr 2020-ci ildə Ağcabədi rayonu Taxtakörpü ərazisi Şeylanlı obası kənd qəbirsanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Şəhid Nəcəfov Etibar Mehman oğlunun ailə üzvləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tükənməz minnətdarlıqlarını bildirmişlər.






