Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elnur Şahmurad oğlu Cabbarovun əziz xatirəsi ehtiramla yad olundu

12 noyabr 2022 | 12:15

        Laçın Rayon İcra Hakimiyyəti rəhbərliyi,   rayon ictimaiyyəti nümayəndələri və şəhid  Cabbarov Elnur Şahmurad oğlunun  ailə  üzvüləri,  yaxınları ilə birlikdə         12.11.2020-ci il tarixdə   Ağcabədi  rayonu Taxta Körpü ərazisində Qarakeçdi kənd  qəbirstanlığında dəfn olunmuş şəhid Cabbarov Elnur Şahmurad oğlunun şəhid olmasının  növbəti ildönümü ilə əlaqədar  məzarını  ziyarət etmiş önünə  tər qərənfillər düzərək, əziz xatirəsini   ehtiramla yad etmişlər. 

       Vətən müharibəsi iştirakçısı  Cabbarov Elnur Şahmurad oğlu   Fizuli rayonu  uğrunda gedən  döyüşlər zamanı qəhramancasına şəhid olmuşdur.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu  şərəflə yerinə yetirən  şəhid Cabbarov Elnur Şahmurad oğlu  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq Sərəncamlarına  əsasən  ölümündən sonra  09.12.2020 il tarixdə - "Qarabağ" ordeni, 15.12.2020-ci il tarixdə -- "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixdə - "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixdə - "Xocavəndin azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixdə - "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

           Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər