Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elnur Cabbarovun anım günü keçirilmişdir.

12 noyabr 2025 | 10:56

Laçın Rayonu İcra Hakimiyyəti başçısının 2025-ci il 20 oktyabr tarixli 5-64/3-3-158/2025  nömrəli sərəncamı ilə təsdiq edilmiş “2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planı” nın 5-ci bəndinin icrası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər davamı olaraq 2025-ci il 12 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Tofiq Mirzəyev Vətən müharibəsi şəhidi Cabbarov Elnur Şahmurad oğlunun anım günü ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Cövhər Sadıqzadə,Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının əməkdaşı Şamo Qasımov,  Laçın Rayonu İcra Hakimiyyəti başçısının  Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənquliyev, müharibə veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə onun ailəsini və məzarını ziyarət etmişlər.

Tədbir iştirakçıları şəhid Elnur Cabbarovun məzarı ilə yanaşı eyni zamanda digər şəhid məzarlarını aprel döyüşlərində şəhid olmuş Məmmədov Ülvin Camaləddin oğlunun və 2022-ci il sentyabr təxribatında Kəlbəcər ərazisində  şəhid olmuş İsgəndərov Qorxmaz İsgəndər oğlunun məzarları ziyarət ediblər. Şəhidlərimizin məzarları ilə birgə 44 günlük Vətən müharibəsinin qəhrəman döyüşçüsü gənc yaşında vəfat edən Şükürov Şahid Manaf oğlunun məzarını ziyarət etmişdilər.

 Şəhid Cabbarov Elnurun məzarı başında çıxış edənlər onun şərəfli döyüş yolundan söz açmışlar, Cabbarov Elnura və bütün şəhidlərimizə allahdan rəhmət diləmişlər.

            27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Cabbarov Elnur Şahmurad oğlu torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Şuşa  rayonlarının   işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 5 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə  ağır yaralanmış, 12 noyabr 2020-ci ildə şəhid olmuş, Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Qarakeçdi obasında Qarakeçdi kənd qəbiristanlığında dəfn olunmuşdur.

Şəhid Elnur Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Qarabağ" ordeni, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Şəhid Elnur Cabbarovun ailə üzvləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər