Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elməddin Sarıyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

29 sentyabr 2026 | 14:35

Vətən müharibəsi zamanı Laçın rayonundan olan mülki şəhid Sarıyev Elməddin Hümbət oğlunun 2026-cı il 29 sentyabr tarixdə anım günü keçirilmişdir.


    Şəhidlik zirvəsinə ucalmış Elməddin Sarıyevin məzarı Laçın Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının nümayəndələri və şəhidin yaxınları tərəfindən ziyarət olunmuş, məzarı üzərinə tər çiçəklər düzülərək, əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Anım tədbirində çıxış edənlər Vətən müharibəsinin ilk günlərində - 2020-ci il 29 sentyabr il tarixdə - düşmənin ağır artilleriya atəşi nəticəsində Ağdam rayonu ərazisində şəhid olmuş Elməddin Sarıyevə Uca Tanrıdan rəhmət diləmişlər. Qeyd olunmuşdur ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək bütün şəhidlərimizin qisasını döyüş meydanında layiqincə almışdır.
    Tədbirdə iştirak edən şəhidin yaxınları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər