Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar bizim gələcəyimizdir

01 iyun 2024 | 13:52

 “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nü münasibəti ilə  Laçın rayonunun uşaq bağçası - körpələr evlərində tədbirlər keçirilmişdir.
  Bayram əhval-ruhiyyəsi ilə təşkil olunan tədbirlərdə məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak etmişlər. Çıxışlarda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqlar təbrik edilmiş və onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılmışdır.  Xüsusilə qeyd olunmuşdur ki, Azərbaycanda uşaq problemlərini hər zaman diqqət mərkəzində saxlayan   Ulu Öndər Heydər Əliyev uşaqlarin hərtərəfi inkişafına daim qayğı ilə yanaşırdı.

           Sevindirici haldır ki, bu nəcib ənənə 2003-cü ildən  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci  vitse-prezidenti Mehriban  xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir.
     Çıxışlarda bir daha uşaqlar təbrik edilərək onlara gələcək işlərində uğurlar arzulanmışdır.

Keçidlər