Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin Laçın rayonundan olan üzvləri ilə görüş keçirilmişdir.

27 fevral 2025 | 12:36

27.02.2025 tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 nömrəli Laçın tam orta məktəbində  Uşaq Səfirlər Məclisinin laçınlı üzvləri ilə ilin yekunlarına həsr olunmuş görüş keçirilmişdir.

               Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nazilə Abbasova,  28 nömrəli Laçın tam orta məktəbinin  direktoru Nofəl İsmayılov, məktəbin  təşkilatçı müavini Sevinc Əliyeva, Laçın Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Əsmər Hacıyeva, Uşaq Səfirlər Məclisinin Laçın rayon üzrə region nümayəndələri Həsənova Fəridə, Hüseyn Alızadə, Uşaq səfirlər məclisinin könülülləri  və məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.

             Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nazilə Abbasova görüşdə çıxış edərək Uşaq Səfirlər Məclisinin könüllü fəaliyyət platforması kimi həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uğurlu layihəsi olduğunu, həm də bir təşkilat kimi öz fəaliyyəti ilə Respublika miqyasında özünü təsdiq etdiyini,ötən müddət ərzində Məclis tərəfindən həyata keçirilən layihələr və görülən işlərdə laçınlı Məclis üzvləinin yaxından iştirak etdiklərini qeyd etmişdir.

             Görüşdə iştirak edən laçınlı uşaq səfirləri bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirərək, “Uşaq Səfirlər Məclisi”nin üzvü olaraq daim bundan qürur hissi keçirdiklərini, Məclisdə laçınlı uşaqların səsi olaraq onları daim ləyaqətlə təmsil edəcəklərini     bildirmişlər.    

            Sonda  region nümayəndələri Həsənova Fəridə, Hüseyn Alızadə çıxış edərək Məclisin 2025-ci ildə görəcəyi işləri ilə əlaqədar  öz təkliflərini və uşaqları maraqlandıran suallar ətrafında öz fikirlərini bildirdilər.

Keçidlər