“Uşaq hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilmişdir
18 noyabr 2025-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi və rayonun Çıraqlı kənd tam orta məktəbinin təşkilatçılığı ilə məktəbdə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilmişdir.
Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi İdris Quliyev, Laçın Rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Bahatur Hilalzadə, Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin müəllim kollektivi və şagirdləri iştirak etmişlər. Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Elnarə Vəliyeva uşaqların hüquqlarının qorunması gələcək cəmiyyətimizin formalaşmasında olan rolundan bəhs edərək onlara eımi biliklələ yanaşı hüquqi biliklərini də daim artırmağı tövsiyə etmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi İdris Quliyev çıxış edərək iştirakçılara uşaq hüquqları haqqında geniş məlumat vermiş, dövlət səviyyəsində onlara verilən hüquq və azadlıqları ətraflı şərh edərək, onlara göstərilən sosial, təhsil və tibbi xidmətlərin əhəmiyyətindən, habelə uşaqlara qarşı zorakılıq hallarından qorunması ilə bağlı maarifləndirici söhbətlər aparmış, uşaq hüquqlarının qorunması istiqamətində görülməli işlərin vacibliyini bildirmişdir.
Sonda interaktiv müzakirələrlə davam edən tədbirdə, şagirdlər və müəllimlər mövzu ilə bağlı fikir mübadiləsi aparmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.






