Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Hüquqları Aylığı“ çərçivəsində tədbir keçirilmişdir

27 oktyabr 2025 | 15:45

20 oktyabr– 20 noyabr  “Uşaq Hüquqları Aylığı“ çərçivəsində Laçın rayonu 20 nömrəli tam orta məktəbdə Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin təşəbbüsü və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın Rayon Təhsil Sektorunun  təşkilatçılığı ilə “Uşaqlara öz hüquqlarını tanıtmaq və bunun vacibliyini aşılamaq” adlı maarifləndirici tədbir keçirilib.

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.                         

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin məsul işçisi və Uşaq Səfirlər Məclisi ilə əlaqəli nümayəndə Nazilə Abbasova, Laçın rayon 20 nömrəli tam orta məktəbin direktoru Şakir Rzayev,  “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədr müavini Misir Məmmədov, Uşaq Səfirlər Məclisinin Laçın rayonu üzrə qızları təmsil edən regional nümayəndə Fəridə Həsənova,  oğlanları təmsil edən regional nümayəndə Hüseyn Alızadə, Uşaq Səfirlər Məclisinin Laçın rayonu üzrə könüllü fəalları: Əliəkbər Hüseynzadə, Zeynəb Xankişiyeva, Mehman Həmzəyev, Ərtoğrul Qulizadə, Sənan Həsənov, Nəzrin Şükürova, Ülkər Abbasova və Nuray Kərimli iştirak ediblər.

Tədbir zamanı uşaqlara öz hüquqlarını tanımaq və qorumaq, süni intellektin mahiyyəti, ondan düzgün və məqsədyönlü istifadə prinsipləri, həmçinin texnologiyanın cəmiyyətə və insan həyatına təsiri barədə geniş məlumat verilib.

Eyni zamanda Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı ideyaları, ölkə Prezidenti cənab İlham Əliyevin dövlət uşaq siyasətinə göstərdiyi davamlı dəstək,habelə Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın uşaqların hüquq və inkişafına verdiyi xüsusi önəm və qayğı çıxışlarda ətraflı ifadə olunmuşdur.

 Tədbirin sonunda bu səpkidə maarifləndirici tədbirlərin davamlı olaraq təşkil ediləcəyi və uşaq hüquqlarının müdafiəsi sahəsində ictimai fəallığın daha da artırılacağı qeyd olunmuşdur.

Keçidlər