Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.

10 may 2026 | 12:15

      Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan  olmasının 103-cü ildönümü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. Bu  tədbirlərin yekunu olaraq Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Taxta Körpü qəsəbəsində ümumrayon tədbiri keçirilmişdir. 

       Tədbir iştirakçıları  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində  fəaliyyət göstərən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstünü ziyarət edərək önünə tər gül dəstələri düzmüş, onun əziz xatirəsini ehtiramla  yad edərək dahi şəxsiyyətin Vətəni və xalqı qarşısında misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır.       

     Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, onun siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizin qazandığı uğurlardan söz açaraq qeyd etmişdir ki, Azərbaycanda dövlət quruculuğunun inkişafı, tərəqqisi məhz Ulu Öndərin adı ilə bağlıdır. 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqı­mızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun, yenilməz sərkərdəsi,  Ali Baş Komandanı kimi Heydər Əliyev ideyalarını layiqincə davam etdirərək, yenilməz strateq kimi 2020-ci ildə cəmi 44 gün  davam edən Vətən müharibəsində düşməni məğlub edərək xalqımızın  30 illik torpaq həsrətinə son qoymuşdur. 

       Tədbirdə çıxış edənlər də Heydər Əliyevin Azərbaycan xalqına misilsiz xidmətlərindən danışmışlar. Qeyd edilmişdir ki, bu gün Ulu öndər  Heydər Əliyevin cismən aramızda  olmaması  xalqımız   üçün nə qədər ağırdırsa,  İlham  Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının   Heydər  Əliyev  siyasi  kursunu layiqincə  davam  etdirməsi, Birinci-vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən Heydər Əliyev Fondunun fəaliyyəti dövründə  ulu öndərin zəngin irsinin dünyada geniş təbliği  ən böyük xoşbəxtlikdir. 

Keçidlər