Ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Zərərli vərdişləri yox, həyatı seç” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər planının 8.4-cı bəndinin (Profilaktika və maarifləndirmə tədbirləri) 8.4.6-cı maddəsinin (Ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında təbliğat işlərinin daha təsirli metodlarla aparılması, rayon və şəhərlərdə uşaq və gənclər arasında maarifləndirmə işinin səmərəli təşkili məqsədilə müxtəlif mövzularda seminar, konfrans, dəyirmi masa və digər tədbirlərin keçirilməsi, həmçinin idman yarışlarının təşkili) icrasını təmin etmək məqsədi ilə 24 dekabr 2025-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin, Laçın rayonu üzrə Gənclər və İdman sektoru və Laçın rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Laçın rayon 28 nömrəli tam orta məktəbin iclas zalında “Zərərli vərdişləri yox, həyatı seç” mövzusunda müəllim və yuxarı sinif şagirdlərinin iştirak etdiyi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşı İdris Quliyev, Laçın rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Natiq Mustafayev, 28 nömrəli tam orta məktəbin direktoru Nofəl İsmayılov çıxış edərək narkotik maddələr, onların törətdiyi fəsadlar,narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə istiqamətində görülən işlər haqqında məlumat vermiş, uşaq və gənclər arasında maarifləndirmə işinin mütəmadi aparılması və idman yarışlarının nəzərdə tutulduğunu qeyd etmişlər. Daha sonra “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkim-pediatrı Yeganə Heydərova təqdimatla çıxış edərək narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlər haqqında məlumat vermişdir.
Tədbir iştirakçıları tərəfindən rayonda uşaq və gənclər arasında zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirmə işinin səmərəli təşkili yüksək qiymətləndirilmişdir.






