Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı dəyirmi masa keçirilmişdir

14 iyul 2023 | 16:28

         Laçın Rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı ”14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilmişdir.

          Tədbiri giriş nitqi ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev bildirmişdir ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna rolu olmuş, məhz həmin tarixdən başlayaraq respublikamızın həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoymuşdur.  Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. 

      Bu gün  Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olmaqla  Azərbaycan regionun lider dövlətinə çevirmiş, 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn hər kəsi heyran edir. Ölkə  Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi.

         Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və 44 dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident cənab İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir.   Fərəhli haldır ki, Heydər Əliyev ili kimi tariximizə düşən 2023-cü ildə 93 laçınlı ailəsi 30 illik həsrətdən sonra yüksək sevinc və sonsuz minnətdarlıq hissi ilə ata-baba yurdu  Laçın şəhərinə qayıtmışdır. Ümummilli liderin layiqli davamçısı olan ölkə başçısı cənab  İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.

      Tədbir də çıxış edənlər ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək, 14 iyul tarixinin xalqımızın taleyində oynadığı misilsiz rolundan, məhz həmin dövrdən başlayaraq Azərbaycanın hər yerində olduğu kimi Laçında da intibah dövrünün əsasının qoyulduğu barədə, dahi şəxsiyyətin Vətəninə və xalqına sədaqətlə xidmətlərindən, gördüyü işlərdən geniş söhbət açmışlar.

Keçidlər