“Tolerantlıq - Azərbaycanda bir həyat tərzidir” mövzusunda tədbir keçirilmişdir.
15 noyabr 2024-cü il tarixdə Ağcabədi rayonu ərazisindəki laçınlıların müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsilə birgə təşkilatçılığı ilə “Tolerantlıq – Azərbaycanda bir həyat tərzidir” mövzusunda tədbir keçirilmişdir.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon sektorunun binasında keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi üzrə nümayəndəsi Əlizadə Nəcəfov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Məhəmməd Şahbazov, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edirdilər.
Tədbir başlamazdan əvvəl iştirakçılar tərəfindən Xalqımzın Ulu Öndəri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə “Tolerantlıq - Azərbaycanda bir həyat tərzidir” dinlənilən məruzədə və çıxışlarda Ümummilli Lider Müdrik rəhbər Heydər Əliyevin gərgin zəhməti, səmərəli ictimai-siyasi fəaliyyəti sayəsində həyata keçirilən çoxistiqamətli layihələr cəmiyyətin tolerantlıq kimi təməl prinsiplərinin yaranmasına səbəb olduğu, bu siyasi xəttin son 20 ildən artıq bir dövrdə böyük rəhbərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirildiyi, bunun nəticəsində bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsində olduğu qeyd olunmuşdur.
Eyni zamanda qeyd olunmuşdur ki, ölkəmizin bu nailiyyətlərində, milli mədəni irsimizin qorunması və təbliğində dövlətimizin Birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çox şaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır. Xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində, habelə ölkəmizlə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi olduğu vurğulanmışdır.
Tədbirdə qeyd olunanlar iştirakçılar tərəfindən maraqla dinlənilmişdir.