Şriftin ölçüsü :

Saytın rəngi :

Taxta Körpü qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.

17 aprel 2024 | 16:52

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Ağcabədi rayonunun Taxta körpü qəsəbəsi ərazisində yerləşən “Heydər Əliyev” adına istirahət parkında Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın Rayon Yaşıllaşdırma İdarəsi tərəfindən  ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarət olmuşdur.

Həyata keçirilən aksiya zamanı ərazidə yerləşən parklarda, rayon icra hakimiyyətinin, o cümlədən idarə və müəssisələrin ətrafında və yol kənarı ağaclarda budama işləri aparılmış, həmişəyaşıl dekorativ bitkilər səliqəli formaya salınmış, yeni əkilən 50 ədəd tuya tingləri suvarılmış, yaşıllıq sahələri alaq otlarından təmizlənmişdir.

Keçidlər