Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi qələbə - Zəfər bayramını laçınlılar təntənə ilə qeyd etdirlər

08 noyabr 2022 | 15:01

8 Noyabr 2022-ci il tarixində Laçın Rayonu İcra Hakimiyyətinin və rayonun  idarə müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində  8 Noyabr - Zəfər gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

   Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən tədbirdə  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və çoxsaylı  ictimaiyyət nümayəndələri  iştirak edirdilər. Tədbirdən əvvəl 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş rayon sakini Əliyev Nihad Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təltif edildiyi 3-cü dərəcəli “Rəşadət” ordeni şəhidin atası Əliyev Heydər Əmiraslan oğluna təqdim olunaraq,  onun keçdiyi şərəfli döyüş yolundan söhbət açılmışdır.

    Sonra tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılan Ümummilli lider Heydər Əliyevin büstünü, həmçinin qəsəbədəki Şəhidlərin Xatirə kompleksini ziyarət edərək hər iki abidə önünə tər güllər düzmüş, əziz xatirələrini ehtiramla yad etmişlər.  

    Bundan sonra tədbirin keçirildiyi ərazidəki Heydər Əliyev adına parka gələn iştirakçılar  “Zəfər Bayramı məktəblilərin gözü ilə” adlı sərgiyə tamaşa etmişlər. Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi  bir dəqiqəlik sükut ilə yad olunaraq, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Rayon rəhbərliyi tədbir iştirakçılarını möhtəşəm Zəfər münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində rəşadətli ordumuz tərəfindən torpaqlarımızın yağı düşməndən azad edilməsi ilə xalqımıza yaşadılan  möhtəşəm Zəfər Bayramının bu gün bütün Dünya Azərbaycanlıları tərəfindən təntənə ilə qeyd edildiyi xüsusi ilə vurğuladı. 

     Sonra rayonun özfəaliyyət kollektivlərinin ifasında  Xalqımızın Möhtəşəm Qələbəsinə həsr olunmuş musiqi nömrələri həmçinin məktəblilərin ifasında şerlər səsləndirilmişdir.

Tədbir hər bir iştirakçıda xoş təəssürat və  yüksək əhval ruhiyyə yaratmışdır.

 

Keçidlər