Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixə qara həriflərlə yazılan Xocalı soyqırımı - insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir

26 fevral 2025 | 16:47

Bu gün xalqımıza qarşı törədilmiş Xocalı faciəsindən 33-cü il ötür. İnsanlığa sığmayan qanlı faciənin nöbəti ildönümü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq cari ilin fevral ayı ərzində rayonun idarə, müəssisə, təşkilatlarında  silsilə  tədbirlər keçirilmiş, milli azadlıq ruhlu sənədli və bədii filmlərin nümayişi təşkil edilmiş, rayonun bütün tədris müəssisələrində Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilmişdir.

       2025-ci il 26 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun  hüquq mühafizə orqanlarının və idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhid ailələri, qazilər və çoxsaylı rayon sakinlərinin iştirakı ilə  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş  ümumrayon tədbiri keçirilmişdir. Qəsəbə ərazisindəki   “Şəhidlərin Xatirə Kompleksi” qarşısında  keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq mühafizə orqanlaının rəhbərləri,  ictimaiyyət nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları   “Şəhidlərin Xatirə Kompleksi”ni ziyarət edərək abidənin önünə tər qərənfillər düzmüşlər.

        Mərasimdə Xocalı faciəsinin baş verdiyi tarixi məqama bir daha nəzər yetirilərək, erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın zamanı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulduğu, 1 275 dinc sakinin əsir götürüldüyü, onlardan 150 nəfərin taleyi hələ də məlum olmadığı, 475 nəfərin  şikəst, səkkiz ailənin bütünlüklə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi qeyd olunmuşdur. Ümumən Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olmaqla təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün insanlığa  qarşı törədilən qatı cinayət olduğu bildirilmişdir.Bu dəhşətli faciəyə isə real qiymətin Ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlandığı, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  və Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" kampaniyasının səmərəsi isə ildən-ilə artaraq faciənin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunduğu bildirilmişdir.     .

            Tədbirdə, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Yenilməz Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı. 

              Mərasimdə dövlət suverenliyimizin təmin edilməklə  ərzilərimizin          işğaldan azad edilməsindən  iftixar hissi ilə  danışılaraq Vətən yolunda canından keçmiş bütün şəhidlərimizin qisasının  alınaraq,  ruhlarının  rahatlıq tapdığı qeyd olunmuşdur.
             Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər