Şriftin ölçüsü :

Saytın rəngi :

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası ilə bağlı tədbir keçirilmişdir.

08 oktyabr 2025 | 17:15

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 9.3.1.4-cü  və 9.3.3.2-ci bəndlərinin icrası məqsədilə 08.10.2025-ci il tarixdə  Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, Azərbaycan Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Melorasiya Sistemlərinin İstismarı idarəsinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir.

            Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” haqqında geniş məlumat vermiş, ərazidə içməli su təchizatı, sudan istifadə zamanı itkilərə yol verilməməsi və  inzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin təmiri və genişləndirilməsi  ilə bağlı görülən işləri diqqətə çatdırmışdır.

   Ağcabədi  Su Melorasiya Sistemlərinin İstismarı idarəsinin  içməli su təhizatında su itkilərinin  qarşısının alınması məqsədi ilə 2025-ci ilin 9 ayında görülən işlər haqqında məlumatı dinlənilmişdir. Məlumara əsasən Taxta-körpü ərazisində 2025-ci ilin yanvar-sentyabr aylarında   Mişni  və Alxaslı obalarını  içməli su ilə təmin edən 2.ədəd 22 kv-luq  nasos yenisi ilə əvəz edilmiş, Alxaslı obasında  40 kv-luq nasos əsaslı təmir edilmişdir. Diametri 63 mm olan polietilen  paylayıcı su borusunun  yararsız hala düşmüş 175 p/m hissəsi yenisi ilə əvəz olunmuş, əhalini içməli su ilə təmin edən magistral su xəttləri və su anbarları  yuyulmuş, xəttlərdə cari təmir işləri aparılmış, Alxaslı, Mişni, Fingə obalarında  su təmizləyici qurğuların filtirləri yenisi ilə əvəz edilmişdir. Qışa hazırlıq məqsədi ilə  su xəttlərinə və nasos stansiyalara baxış keçirilmiş aşkar olunan  problemlərin aradan qaldırılması üçün təmir işləri davam edir.

             İçməli sudan qənaətlə istiufadə olunması, israfçılığa yol verilməməsi və mövcud infrastrukturun qorunması mövzusunda Laçın Rayon İcra Hakimiyyətinin işçiləri Sudan İstifadə Birliklərinin əməkdaşları ilə birgə  yaşayış məntəqələrində maarifləndirmə tədbirləri keçirmişdir..Görülmüş işlərin nəticəsi olaraq 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə  2025-ci ildə  içməli su təchizatı sahəsində itkilər 35%  azaldılmışdır.

 Tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, məcburi köçkünlər üçün inşa olunmuş  37  və 552 ailəlik qəsəbələrdə yağış sularının idarə olunması məqsədi ilə   2018-ci ildə qapalı drenaj kanal sistemi qurulmuş, ötən il 144, 245 ailəlik qəsəbələrdə cari ildə isə  256  ailəlik qəsəbələrdə yağış sularının idarə edilməsi üçün  açıq tipli torpaq  kanallar qazılmışdır. Taxta körpü ərazisində inzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin təmiri və genişləndirilməsi aidiyyatı təşkilatlar tərəfindən diqqətdə saxlanılır.

Keçidlər